K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə47/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   43   44   45   46   47   48   49   50   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
Bədən, ruh və eĢq 
 
Dəli sevgi – bütöv bir həyat, 
 ağıllı sevgi – həyatın bir hissəsidir. 
Əbu Turxan 
Ruh özünə uyğun gələn, onu öz könül güzgüsündə ay-
dınca əks etdirən başqa bir ruhu görən kimi tanıyır, duyur, 
onunla vəhdətdə olmağa çalışır. 
Bədən də özünə uyğun, öz zövqünü oxşayan başqa bir 
bədəni görən kimi ona can atır, ona qovuşmağa çalışır. 


- 161 -
Ruh tapdığı ruhun bədənini ilk anlar seçmir… bu, heç 
onun üçün maraqlı da olmur. 
Bədən də tapdığı bədənin ruhunu ilk anlar görmür… 
bu, ona heç maraqlı da deyil. 
Ruh öz bədənini unudaraq yad bir bədəndəki ruhla 
doğmalaşır. 
Hər ikisi öz zövqünə can atır, bütün vasitələrlə öz var-
lığını qarşısındakına çatdırmaq istəyir, ən kiçik imkanları 
belə qaçırmaq istəmir, harmoniya axtarır. Ruhun silahı 
yalnız baxışlar, atəş dolu nəfəsdir, bədənin silahı isə çoxdur 
– insanın bütün imkan və bacarıqları: bütün hiss orqanları 
üstəgəl söz.
Ruh daha sərbəst, daha azaddır. Onlar tez qovuşur, tez 
dil tapırlar. 
Bədənlər isə maneə tapmaqda sanki bir-birilə yarışa gi-
rirlər. Bunun adı gah naz olur, gah qürur, gah küsü, gah abır-
həya, gah ictimai rəy, gah da romantika. 
Ruhlar heç cür bir ahəngə gələ bilməyən bədənləri gör-
mədən belə öz vəhdətlərinin zirvəsinə çatırlar. 
Hər addım başı maneələri dəf etməklə məşğul olan bə-
dənlər üçün heç bir sərhəd tanımayan ruhların ardınca ye-
tişmək çox çətindir, hətta mümkünsüzdür. 
Ruhlar bərabər ola bilməyəndə bədənlər ünsiyyətdə ol-
salar da, bir-birilə müəyyən şərtlərlə bağlı qalsalar da, özləri 
də bilmədən ayrı yaşayan, haralardasa öz həmdəmini axtaran 
ruhlarının ayrılığını yaşamalı olurlar, bərabər olsalar da elə 
hey bir ayrılıq mehindən üşüyürlər.
Bədənlər dil tapa bilməyib ayrılsalar da, ruhlar bərabər 
qalırlar. Hərəsi öz bədənində təklikdən üşüsə də, bir-birinin 


-162 -
hənirinə qızına bilirlər, bu atəş onları donub heç olmağa 
imkan vermir. 
Ruhlar və bədənlər arasındakı təmaslar böyüdükcə, 
hisslər dolub-daşdıqca, zövq oxşamaqdan sevgiyə, sevgidən 
eşqə yüksəldikcə bir an gəlir ki, ruhun bədənə, bədənin də 
ruha möhtaclığı ortaya çıxır. Yaşanan duyğuların tam olması 
üçün ruh və bədənin təklikdə yox, bir-birilə vəhdət halında 
olması bir zərurətə çevrilir. Ya bədən ruhu öz dalınca 
sürüməyə çalışır, ya da ruh bədənə öz qanadlarını taxmağa 
cəhd göstərir. Bəlkə buna görə Əbu Turxan deyir ki, 
«məhəbbət ruhla bədənin ittifaqından yaranır»? Bəlkə bu 
ittifaq olmayanda yaranan duyğular qırıq və yarımçıq qalır? 
Bəlkə ruh və bədəni bir ittifaqa gətirən elə məhəbbətdir?
Bəs ittifaqa gələ bilmiş ruh və bədən nə əldə edir? 
Ruh bədənə ağırlığını, nisbiliyini, qara torpaqdan ya-
randığını unutdurur. Bədən ruhun aşıb-daşan işıq selini za-
hirə çıxardır. Ruh bədənin qaranlıqda azmış, vurnuxan hiss-
lərinə nur verir, bədənin özünün də xəbərsiz olduğu cə-
hətlərini işıqlandırır. Bədən ruhun duyduqlarını, təsəvvür-
lərini reallaşdırır, onlara maddiyyat qatmaqla ruhun tə-
səvvürünə belə gəlməyən həqiqətlər anladır ona. 
Bir-birini kəşf edə-edə ruh və bədən bir varlıq kimi ka-
milləşir, bir-birini tamamlaya-tamamlaya bir varlıq kimi 
bütövləşirlər. 
İlk vaxtlar kənar bir qüvvə kimi təsir göstərən eşq hər 
ikisinin tərkib hissəsinə çevrilir: nur olub ruhun işığına 
qarışır, qan olub bədənin damarlarında axır, … mahiyyət 
olub İnsanı var edir.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin