-156 -
ləzzətindən xəbərdardır. Deməli, bu ucalığın
məsuliyyətini
də bilmir.
Dağa çıxmış bir adam qalxdığı
yüksəkliyi hiss etmək
üçün aşağılara bir «xəbər» göndərmək həvəsinə düşür:
yerdən daşı götürür və uzaqlara atır. Haralarasa aşağılara. Bir
anın içində daş bir məchulluqdan digər məchulluğa düşür.
Yüksəklikdən düşmək nə asanmış, nə mənasızmış…
Nə əziyyəti varmış, nə ləzzəti. Sadəcə, düşdüyü dibdən yük-
səklikləri seyr etməyin həsrəti və əzabı varmış.
Özü ucalığa qalxmayan və ucalığın
mahiyyətini dərk
etməyən düşdüyü aşağıların necə, mənasını anlaya bilərmi?
Bunun yeni bir başlanğıc ola biləcəyini güman edirmi?
Yoxsa bu dəfə də içindəki hikkə, həsrət gözünü kor edər?
Dostları ilə paylaş: