K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə46/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   42   43   44   45   46   47   48   49   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
Üzündə göz izi var…
 
Məlum bir mahnıda deyildiyi kimi… Kiminsə baxışları 
doğurdanmı iz qoyur? Kiminsə surəti gözlərdə qalırmı? İz 
qoyan hansı baxışlardır? Qalan hansı surətdir?
Sən bir dənizsən… Gah sakit, müəmmalı, gah dalğalı, 
coşqun. Gah könül gəmilərini oyuncağa çevirib atıb-tutan, 
sonra da qırıqlarını bəyənməyib sahilə atan, gah də-
rinliklərində min bir ağrı və nəvazişlə inci yetişdirən.
Sən bir dənizsən… İnsan sənə yaxınlaşmaqdan qorxur. 
Bilir ki, sənin hökmünə düşsə, Sənə təslim olmalı, özündən 
imtina etməlidir. İnsan Səndən aralana da bilmir. Sənin 
cazibən ahənrüba kimi adamı özünə çəkir. Beləcə dayanıb 
sahilində tərəddüdlər içində quruyursan, … gizlin-gizlin arzu 
edirsən ki, güclü bir dalğa səni bu tərəddüddən qurtaraydı.
Sən bir dənizsən… Sahilindəkilərə sığal verib aparan, 
…sonra da onu sahilin uzaq bir küncünə atan.
Sən bir dənizsən… Sal qayaları oxşaya-oxşaya qoynu-
na alan və onları əbədi unudan, başqa qaya axtaran.
Sən bir dənizsən… Haralardasa sahilin var. Ancaq Sə-
nin sərhədlərini nə göz görür, nə ağıl kəsir… Sənin böyük-


- 159 -
lüyünü hiss etmək üçün ancaq özünü Sənin hökmünə vermək 
lazımdır ki, Sənin dünyana tam bələd olmasa da, Sənin 
aləmində ərisin, qarışsın…
Sən bir dənizsən… Hər kəsi möhtəşəmliyi ilə heyrətə 
salan, hər kəsi müəmması ilə tilsimləyən bir sirli dünyasan.
Sən bir dənizsən… Sənə hər yaxından baxana onun öz 
əksini göstərən. Yəqin buna görə Sənin üzündə göz izini 
görmək olmur. Yəqin buna görədir ki, kimsə Səndə iz qoya 
bilmir.
Sevgiyə fatihə 
 
Sevgi – gözəldir. Sevgi – müqəddəsdir. Sevgi – ülviy-
yətə aparan yoldur. Sevgi – ruhun dilidir. Sevgi – ruhun özü-
nü reallaşdırma yoludur. Sevgi haqqında necə gözəl sözlər 
deyilib, nəğmələr oxunub. Heç kimin də ağlına gəlməyib ki, 
sevginin bir …fatihəyə də ehtiyacı ola bilər. 
Ruhların məkanı göylər, bədənlərinki yerdir. Ruhlar 
yerdə darıxır, sıxılır, bədənlər göyə qalxa bilmir, orada 
onların ağırlığı daha artıq nəzərə çarpır. Hər ikisini bir-
ləşdirən sevgidir.
Bədən ruhun tərcümanıdır. Yoxsa sevgini kimsə duy-
maz, anlamaz. Bədən öz işinin öhdəsindən gəlmirsə – dili 
bilmirsə, bu səsə qarşı laqeyddirsə, kardırsa, sevgi aciz qalır: 
eşidən, duyan, amma danışa, anlada bilməyən bir bədbəxtə 
çevrilir.
Bədən pərvazlanan ruhun dincəlmək məkanıdır. Bədən 
ruha gen gələndə ruh bir də təkan verib uça bilmir, dar 


-160 -
olanda, ruhun qanadları əzilir, yenə uçmaqdan məhrum qalır. 
Sevgi qalır dörd divar arasında: səmaların sonsuzluğunun 
dadını bilən, iki qanadı olan, amma oralara bir də qalxa 
bilməyən bir bədbəxtə çevrilir. 
Bədən ruhun yerdə bələdçisidir. O olmazsa, göylərdə 
maneə tanımayan ruh yerdəki ilk yolayrıcında qəzaya düşər. 
Nur dolu bir harmoniyadan yerin xaosuna düşəndə sevgi itib-
batır, toqquşan bədənlər arasında əzilir. Sevginin gözü ancaq 
nurun rənginə alışdığından qırmızı və yaşıl işıqların 
hökmünə düşəndə tez-tez cəzalanır və bundan çılızlaşır, 
solğunlaşır. Zəngin bir dünyanın sultanı ola-ola kasıb bir 
məkanda qolu bağlı bir bədbəxtə çevrilir.
Bu bədbəxt sevgiyə ən böyük yaxşılığımız ona Fatihə 
oxumaq olar. 
Fatihə! 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin