K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə48/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   44   45   46   47   48   49   50   51   ...   79
Gəncliyin fəlsəfəsi

 
 


- 163 -
 
Ġnsan
 
Ruhunla ülvi, kamil bir dünyaya bağlısan. Bu bağlılığı 
dərk etdiyinə görə həmin ülvilikdən, kamillikdən öz payını 
ala bilirsən. Böyük qara bir pəncərədə iynə boyda görünən 
işıq get-gedə böyüyür, qaranlıq azalır və bir bədən 
çərçivəsinə sığmayıb ətrafa da saçılmağa başlayır. İçində 
qaynayan, dolub-daşan bu duyğular, düşüncələr yazıya, 
tabloya, notlara köçür. Qara dünya sənə yadlaşdıqca, nurlu 
aləm sənə doğmalaşır. Bu işıqla hansı qaranlığa baxsan, 
orada basırılmış, çirklənmiş nuru görə bilirsən… və onun da 
parlamasına çalışırsan. 
Bu SƏNƏ baxanda necə də DOĞMAsan! 
Adam əlindən tutub nurlanmaq istəyir! 
Bədənin dünya adlı bir binanın gəlib-gedən qonaqla-
rından biridir. Həm bu binada öz yerini tutmağa, yerini rahat, 
isti etməyə, həm də bu binanın özünü daha işıqlı, daha sakit 
bir 
vəziyyətə gətirməyə çalışırsan. İstəyirsən dörd 
yanındakılar da bu gözəllikdən doyunca bəhrələnsin. Yenə 
istəklər, arzular, planlar köçür yazıya, tabloya, nota. 
Nə qədər çalışsan da bu binanın dörd divarını aşa bil-
mirsən, elektrik olmayan otağı işıqlandıra bilmirsən, bir 
otağın sakinini o biri otağın sakini ilə barışdıra bilmirsən. 
Çalışa-çalışa, yarada-yarada… bu binadan kənarda da bir 
həyatın olduğunu unudursan, ya da xatırlamağa vaxtın 
qalmır. 
Bu SƏNƏ baxanda necə də YADsan! 


-164 -
Adam SƏNdən üz döndərib bu binanı tərk etmək 
istəyir! 
«Bədənlə çəpərlənən», «aşağıdan bədənə, yuxarıdan 
ruha bağlı» (Əbu Turxan) bir nəfsinin olduğunu bilirsən. Ru-
hunun verdiyi nurun cazibəsini bilsən də, nəfsini ruhunun 
itaətinə vermirsən. Bədəninin qaranlıqdan kənara çıxa 
bilmədiyini dərk etdiyinə görə, nəfsini ondan da uzaqda 
saxlayırsan. Nəfsin varlığı belə yaddan çıxır! Sən: «bu bi-
nanın sakiniyəm», – deyib çiyinlərindəki yükü daşıyırsan, 
ruhunu dinləməyə vaxtın qalmır. Bir də bu binada ruhun de-
dikləri keçərli deyil ki! Bu binaya lazımlı olmaq istəyirsənsə, 
ruhunun gözünü bağlayıb, dilini lal eləməlisən. 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin