- 157 -
Zirvəyə qalxmaq istəyən
geri boylananda keçdiyi
yolun böyüklüyündən qürurlanıb daha artığına ehtiyac hiss
etmir. Amma zirvəyə və ora qalxanlara baxan özünün kiçik-
liyini dərk edir, görür və «böyüməyə» cəhd edir.
Kamillik
Kamillik bütöv və sadə bir fenomendir. Yəni o, elə bir
tamamlanmış, bitkin, müəyyən keyfiyyətlərə malik bir məf-
humdur ki, onun kiçik və əhəmiyyətsiz görünə bilən bir
xüsusiyyətinin olmaması artıq bütöv kamilliyin pozulması
deməkdir.
Kamillik – vəhdətdir, ayrı-ayrı xüsusiyyətlərin üzvi şə-
kildə birləşdiyi bir vəhdət. O bölünməzdir.
Onu hissələrə
bölmək və hissələr vasitəsilə dərk etməyə çalışmaq ka-
milliyin dərki yox, ayrıca keyfiyyətlərin dərki sayıla bilər ki,
bu xüsusiyyətlər də fərqli bir şəraitdə və fərqli bir şeyin
tərkibində kamillikdən çox uzaq ola bilər. Və ya eyni xü-
susiyyətlər fərqli şəraitlərdə kamilliyə apardığı kimi, na-
qisliyə də apara bilər.
Kamillik – harmoniyadır, vəhdətdə olan hissələrin ara-
sında harmoniyadır. Bir daş bacarıqlı ustanın əlində gözəl bir
sarayın bir hissəsi, naşı ustanın əlində evi təhlükə qarşısında
qoya bilən artıq bir detal ola bildiyi kimi.
Kamillik nə daş
deyil, nə usta, nə də sarayın layihəsi. Kamillik hazır evdir.
Burada hər şey vacibdir: həm düzgün seçilmiş sağlam daşlar,
həm bacarıqlı usta əli, həm gözəl layihə,
həm bu layihəyə
uyğun məkan, …həm də onun sakinləri.
-158 -
Kamilliyin hissələri onun tamının daşıdığı mahiyyəti
daşımadığına görə, onun ayrı-ayrı hissələrinə malik olmaq
kamil olmaq deyil.
Hər hissənin öz mahiyyəti var, lakin bu
mahiyyət bütövün tərkibində dəyişir. Başqa sözlə desək,
təklərin mahiyyəti tamın mahiyyətində əriyir.
Dostları ilə paylaş: