K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə43/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   39   40   41   42   43   44   45   46   ...   79
Gəncliyin fəlsəfəsi

Mən
 
«Mən» ilahi aləmlə əlaqə, insanın ilahi, saf bir başlan-
ğıcının mövcudluğuna dəlildir. Yaradanın bütün ilahi si-
fətlərinə sahib olan insan həm də Ondan yaradıcılıq key-
fiyyəti alıb: Allahın təyin etdiyi bir çərçivə daxilində, verdiyi
istedad, bacarıq vasitəsilə yaratmaq, var etmək. Nələr 
yaratmayıb bəşər?! Allahın yaratdığına öz təfəkkürünün də 
məhsulunu qatmaqla bənzərsiz sənət şedevrləri, Allahın 
verdiyi təbiətə paralel ikinci təbiət! 
Bir «mən» yüksək ideyalarla yaşayır, digəri sadə bir 
insan, milyonlardan biri olmaq istəyir. Biri ruhunun ən yük-
sək məqamında oturub, İnsan olmağın bütün mahiyyətini 
duyur, digəri bir ot, bir ağac kimi qayğısız, varlığından 
bixəbər olmağa üstünlük verir.
İki «mən»in müharibə zolağı! Biri azadlığa, digəri mə-
suliyyətə çağırır. Biri İnsanlığı, digəri vətəndaşlığı xatırladır. 
Biri ülviyyəti, gözəlliyi, digəri sərt qanunları, cəmiyyətin 
tələblərini öyrədir. Biri sadəcə «mən»dir, digərinin vəzifəsi 
çoxdur: valideyn, övlad, tələbə və s.
Ürəyin daha böyük hissəsi ürəyin istəmədiyi şeylərə 
ayrılır. Kiçik, gizlin hissəsi də ürəyin öz istəklərinə. Ürəyin 


- 153 -
istəmədiyini edəndə daha böyük ürəklə girişirik – ürəksizliyi 
gizlətmək üçün. Ürəyin istəyini isə çəkinə-çəkinə, gizlincə 
edirik – ürəyin böyük həvəsini ört-basdır etmək üçün. Elə isə 
bu ürək kimə, nə üçün xidmət edir?
Yol
 
 
Xatirəsi mənim üçün daim 
əziz olan, həyatın xaosundan 
mənə ilk yol göstərən müəllimim 
– Seyfullah SEVĠMƏ
Həyat bir yoldur. Doğulandan düzəlirsən bu yola və 
Aşıq Veysəl demiş, gecə-gündüz gedirsən. Başlanğıc bəlli, 
son bəlli. Amma bu iki bəlli nöqtənin arası fərqli, müəmmalı, 
enişli-yoxuşlu olur.
Ustadlarımdan birindən kiçik bir hekayə dinləmişdim 
və yol haqqında bu həqiqət açılmışdı mənə.
Hər kəs dağın zirvəsinə qalxmağa çalışır. Bu yolda 
başlıca şərt bələdçidir. Bələdçisiz qalxanda çox çətin, hətta 
qorxulu olur. Adam aza bilər, qayadan uça bilər, vəhşi hey-
vanlara tuş gələ bilər. Bəlkə də sən özbaşına, hansı isə 
üsullar tapıb məqsədə çata bilərsən, lakin bu, o qədər əzablı 
və çətin olur ki, yolun sonuna çatanda sənin nə öz 
məqsədindən faydalanmağa gücün çatır, nə də bir başqasına 
özündən sonra bələdçilik etməyə həvəsin. Halbuki bu yolu 
sona vurmağın əsas ləzzəti də məhz bu ikisidir.
O boyda dağa qalxmaq üçün kifayət qədər savadlanan, 
özündə əzm, iradə toplayan bir insanın dinməz-söyləməz bir 


-154 -
başqasına tabe olması, onun dediyi ilə oturub-durması, 
tənbehlərinə dözməsi çox ağırdır. Bu səbəbdən yolu sona 
vurmaq üçün digər şərt sənin fərasətin, təvazökarlığın, 
iradən, söz dinləmək, gördüklərindən, yaşadıqlarından ibrət 
götürə bilmək bacarığındır. Yolun sağ-salamat keçilməsi və 
sona varılması üçün bunlar çox əhəmiyyətlidir.
Bələdçinin vicdanlı, dinli-imanlı, təcrübəli olması da 
bu yolun keçilməsində əsas şərtdir. Bələdçilər çoxdur. Niy-
yətlər müxtəlifdir. Sənə lazım olan niyyəti sənin (!) niy-
yətinlə üst-üstə düşən, zamanında sənin gücünü düzgün 
dəyərləndirib sənin keçə biləcəyin yolu seçə bilən bir 
bələdçidir.
Ən qorxulu hal bələdçinin səni mənzil başına çatdıran-
dan sonra səni buraxmamasıdır! Hər bələdçi yalnız öz sahə-
sini tanıyır. Əlbəttə, bütün yolu tanıyan bələdçi də tapmaq 
mümkündür. Lakin bu, Allahın elə bir nadir lütfüdür ki, hər 
adama qismət olmur. Öz sahəsinin sonuna gələndən sonra 
bələdçi özü kimi səni də inandırmağa çalışır ki, bu, bütöv 
yolun sonudur. Burdan o tərəfə keçsən qayadan uçacan, 
məhv olacan və s. İndiyə qədər inandığın bir bələdçiyə 
inanmamaq çox çətindir, hətta mümkün deyil. 
Hər üç şərti tamamlayan isə səni bütün yol boyu iz-
ləyən içindəki Bələdçindir – Allah. Ona olan imanın və 
inamın sənin yanında olan müddətdə sən həm düzgün bə-
lədçi seçə bilərsən, həm missiyan naminə Ustadın hörməti 
qarşısında qürurunu sındıra bilərsən, həm yolun hər əziy-
yətinə dözərsən, onu başa vura bilərsən, həm də gücün qalar 
ki, başqalarına bələdçilik edəsən.
Bunları mənə öyrədən Ustadım vaxtı çatanda məni ra-
hatca, sevə-sevə buraxdı, yolumun qalanında uğur dilədi. 


- 155 -
Başqalarını da bu yerə gətirmək üçün özü geri qayıtdı. İndən 
sonra onunla qala bilməyəcəyimi bilirdi, çətin də olsa 
bununla barışdı. Çünki Ustad idi. Öz işini gözəl bilən, qəlbi 
Allahın nuru və lütfü ilə güzgü qədər cilalandığına görə 
İnsanı, onun istedadını, həyatdakı missiyasını aydınca əks 
etdirən və anladan Ustad.

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin