ESSELƏR
EĢq
Sən bilirsən eşq nədir?
Bilmək lazım deyil! Onu yaşamaq lazımdır! Heç bir
sözlə alovun necə yandırdığını təsvir etmək mümkün deyil!
Yanmaq lazımdır!
Sən bilirsən necə yanırlar?
Özünü odun hökmünə vermək lazımdır! İradəsiz ol-
maq, müqavimət göstərməmək, özün üçün nə isə axtarma-
maq lazımdır! Cavab gözləmə! Mükafat gözləmə! Tapmaz-
san peşman olarsan… Təslim olmazsan acı çəkərsən. …Axı
orda sən yoxsan, ancaq od var. Oda çevril! Bütünlüklə onun
hökmünə düş, yan, vəssalam!
Sən bilirsən aşiq kimdir?
Gözü, dili, ürəyi olmayan… O, hər şeyini sevgilisinə
verib… İndi onun əvəzinə o, görür, danışır, hiss edir… Əgər
o, bir anlığa da olsa özünə aid bir şeyi düşünsə, deməli,
….onu uzun müddətə itirir, deməli, özünü itirir…
Deyirlər bir adam var imiş, həmişə ulduzlara qalxmaq,
onların işığını yaxından görmək istəyirmiş. O, gecə- gündüz
bunu düşünüb, Allahdan həmişə bunu istəyirmiş. Bir gün
- 151 -
adam hiss edir ki, ayaqları yerdən üzülüb ulduzlara tərəf
uçur. Sevincindən dünyada hər şeyi, hətta dünyanın özünü də
unudur. Ulduzlara lap az qalmış ani olaraq düşünür: «Bu
mənim nəyimə lazımdır ki?» Bu, bir an, anın milyondan bir
hissəsi müddətdə şimşək kimi çaxdı… O, ulduza çatmadan
yerə yıxıldı… Və bir də heç vaxt ora qalxa bilmədi, gecə-
gündüz gözlərini ulduzlardan çəkməyib, yenə Allaha
yalvarsa da… O, hətta ürəyində əvvəlki istəyi, təşnəni də
yarada bilmirdi… Yalvaran, istəyən ancaq dili idi, könlü isə
susurdu.
Sən bilirsən sevgi nədir?
Sevgi könüldə bir dəfə yandırılan və heç vaxt sönmə-
yən işıqdır. O işıq hər tərəfini nura qərq edir, hər kəsi cəlb
edir, ancaq hər kəs cürət edib o nurlu otağa girmək istəmir,
yanmaqdan qorxur, işıqdan gözlərinin kor olmasından
qorxur…, qayıdıb çıxa bilməyəcəyindən qorxur…
Sən bildinmi eşq nədir, sevgi nə?!
Eşq oddur! Sevgi nurdur!
Odsuz-ocaqsız yandıran eşq odu həm bədəni bürüyür,
həm ruhu. Bədən ruhsuz yananda od hər şeyi yandırıb kül
eləyir. Bu, sondur!
Ruh yananda nur artır. Bədən bu ocağın istisində isinir,
yalnız könül gözünün gördüyü bu nurla o da duyur, baxır.
Bu, başlanğıcdır…!
Sən bilirsən könül nədir?
Könül sevgi dolu bir varlıqdır… Könül maddi bədəni
ruhi cazibənin hökmünə verən iradədir… Könül heyvani
instinkləri ilahi vəhdətlə əvəz edən qüvvədir… Könül insana
insanlığını xatırladan yaddaşdır…
-152 -
Aşiq olan nədir? Ürəkmi? Könülmü? Eşqə düşmən,
hədd olaraq ağıl götürülür… Sevənin soyuq düşüncəsi olmur
deyirlər… Su od tutub yananda onu nə söndürə bilər? Ağıl
aşiq olanda onu nə ilə susdurmaq, sakitləşdirmək olar? Ağıl
dönüb könül olanda nə etməli?
Dostları ilə paylaş: |