Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Bu maddənin birinci hissəsi məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasına şamil olunmur. 29.6. Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının
(AR Prezidentinin) müəyyən etdiyi qaydada keçirilir.
29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun (DİM-in) 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə, 3 nəfərdən ibarət tərkibdə yaradılır. 29.8. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin
1)bilik səviyyəsi, 2)peşə hazırlığı, 3)ümumi dünyagörüşü ,
barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla,
4)müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.
29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
29.9.1.
ixtisas dərəcəsi; 29.9.3.
müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma. 29.10. Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin tutulması barədə
qərar qəbul edilir.
29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə
əsasında tutulması barədə qərarı əsasında bu
Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilir.
29.12. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri (AR İqtisadiyyat Naziri) tərəfindən müvafiq icra hakimiyyəti orqanı