58
Esed_muellim_rustemli
051-395-94-95
32-1.4. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma
müddəti uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının
vahid sistemini təşkil edən qurumların
işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
32-1.5. Dövlət orqanının aparatının və tabeliyində olan qurumun çalışma müddəti uzadılmış işçilərinin sayı
müvafiq olaraq onun aparatının və tabeliyində olan həmin
qurumun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
32-1.6. Dövlət orqanının aparatında və ya tabeliyində olan qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az
olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı
iki ştat
vahidinə qədər yuvarlaqlaşdırılır.
32-1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.
32-1.8. Bu Qanunun 32-1.2-ci maddəsi tətbiq edilərkən aşağıdakılar nəzərə alınır:
Dostları ilə paylaş: