2 misli həcmində əlavə vəsaitlər nəzərdə tutulur.
7. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır:
dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı;
dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu
vəzifəsindəki qulluq stajı;
məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma
dövrü;
dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti;
dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan
ayrıldığı müddət;
əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət;
ödənişli məzuniyyət dövrləri
.
Bu bənddə nəzərdə
tutulmayan digər fasilələr dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 8. Dövlət qulluqçusunun qulluq stajının hesablanması onun qulluq etdiyi dövlət orqanı tərəfindən həyata keçirilir.
9. Dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən
Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya
orqanlarında iş müddəti də daxil edilir.
10. Dövlət qulluğunda qulluq stajı haqqında sənəd dövlət qulluqçusunun əmək kitabçası hesab edilir. 11. Bu Qaydaların 7-ci və 9-cu bəndlərinin tətbiqi zamanı yaranmış fikir ayrılığı Azərbaycan Respublikasının
Dövlət Qulluğunu İdarəetmə Şurası tərəfindən aradan qaldırılır.
12. Dövlət qulluqçusuna qulluq stajına görə verilən əlavə haqq orta əmək haqqı hesablanarkən nəzərə alınır.
63
Esed_muellim_rustemli
051-395-94-95
Dövlət qulluqçularının etik davranış qaydaları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun dövlət qulluqçuları üçün etik davranış