3) Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı (AR Tarif (qiymət) Şurası) müəyyən edir. 4) Forması müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. 5) 28.5. Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. 6) 29.12. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti orqanının rəhbəri (AR İqtisadiyyat Naziri)tərəfindən müvafiq icra hakimiyyəti orqanı (AR Prezidenti) ilə razılaşdırılmaqla təyin olunur. 7) 30-1.7. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydalarına dair normativ aktlar
müvafiq icra hakimiyyəti orqanı (AR Nazirlər Kabineti) tərəfindən qəbul edilir.
8) Dövlət qulluqçusunun əlavə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı müvafiq icra hakimiyyəti orqanı
(AR Nazirlər Kabineti) tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir