98
Esed_muellim_rustemli
051-395-94-95
34.4.2. A5 formatı kağızlar üçün - azı 16 mm.
35. 9327-60 dövlətlərarası standart üzrə A5 formatlı sənədlərin mətni
bir sətirarası intervalla
, mətbəə
üsulu ilə nəşr edilən sənədlərin mətni
iki sətirarası intervalla
, qalan sənədlərin mətni isə
bir yarım
sətirarası
intervalla çap edilir.
Sənədin hər abzasının birinci sətri sol sahənin hüdudundan
beş-səkkiz çap işarəsi
intervalı ilə çap
edilir.
36. Təşkilatın adlarında köməkçi sözlərdən başqa bütün sözlərin və onların tərkibinə daxil olan xüsusi
isimlərin baş hərfi böyük yazılır (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ticarət və Sənaye Palatası və s.).
37. Təşkilatların struktur bölmələrinin adının yalnız baş hərfi böyük yazılır (məsələn: Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin Aparatı).
Struktur bölmələrinin tərkibindəki ayrı-ayrı struktur vahidlərinin adı kiçik yazılır
(məsələn: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Aparatının Əmək statistikası şöbəsi).
38. Rayon (şəhər) icra hakimiyyəti orqanlarının adlarında bütün sözlərin baş hərfi böyük yazılır
(Nərimanov Rayon İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti və s.).
39.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli 108 nömrəli Qərarı ilə
təsdiq edilmiş “Azərbaycan dilinin orfoqrafiya qaydalarına” uyğun olaraq birinci hərfi böyük
yazılanvəzifələrin adları (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri,
Azərbaycan Respublikasının Baş prokuroru və s.) istisna olamaqla, qalan vəzifə adları kiçik hərflə yazılır
(Azərbaycan Respublikasının maliyyə naziri, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya
Şirkətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Bakı Dövlət Universitetinin rektoru,
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı və s.).
40. Başlanğıc hərflərindən yaradılmış mürəkkəb ixtisar adları böyük hərflə yazılır (məsələn:
Dövlət
Təhlükəsizliyi Xidməti – DTX).
41.
Dostları ilə paylaş: