Sənədlərin struktur bölmələri daxilində verilməsi struktur bölməsinin kargüzarlıq üçün məsul olan əməkdaşı tərəfindən həyata keçirilir və bu barədə qeydiyyat vərəqəsində müvafiq qeydlər aparılır . Sənədin bir struktur bölməsindən digərinə verilməsi barədə kargüzarlıq xidmətinə məlumat
verilməlidir. Qeydiyyat vərəqəsində sənədin verilməsi haqqında müvafiq qeyd aparılır.
16. Sənədlərin icrasına nəzarətin təşkili 117.
Sənədlərdə olan təkliflərin, tapşırıqların və məsələlərin icrasına daim nəzarət edilməlidir. Belə nəzarətin məqsədi sənədlərin vaxtında və keyfiyyətli icrasına nail olmaqdır .
118. Sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti təşkilatların, struktur bölmələrinin
rəhbərləri həyata keçirirlər.
Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi kargüzarlıq xidmətinə və təşkilatda xüsusi olaraq
yaradılan nəzarət xidmətinə tapşırılır. Struktur bölmələrində sənədlərin icrasına nəzarəti struktur bölmələrinin
kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər.
119. Aşağıdakı sənədlər nəzarətə götürülür:
119.1. bilavasitə normativ hüquqi aktların icrası ilə əlaqədar sənədlər; 119.2. dövlət orqanlarının və ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər; 119.3. təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər .
Təşkilat rəhbərliyinin göstərişi ilə icrasının nəticəsinin məruzə edilməsi nəzərdə tutulan
digər sənədlər də nəzarətə götürülə bilər. 120.
Sənədlərin ümumi icra müddəti qanunvericiliyin tələblərinə uyğun olaraq
təşkilatın özü tərəfindən müəyyən edilir. Konkret hallarda hər hansı ayrıca sənədin icrası ilə əlaqədar təşkilatın rəhbərliyi və ya yuxarı təşkilat
tərəfindən xüsusi icra müddəti müəyyən edilə bilər.
121. Sənəddə cavab alınması üçün müddət göstərilmişdirsə, həmin müddətə, bir qayda olaraq, riayət
edilməlidir.
122. Sənədin icra müddəti onun təşkilata daxil olduğu vaxtdan hesablanır.
123.