Təşkilat rəhbərinin sənədin icra müddətini icraçının (icraçıların) əsaslandırılmış yazılı xahişi ilə uzatmaq hüququ vardır. 124. Sənədlərin icrasına nəzarət, nəzarət vərəqələrində qeydlər edilməklə aparılır (13 nömrəli əlavə).
125. Sənəd dövriyyəsi kiçik olan təşkilatlarda nəzarət daxil olan, göndərilən və daxili sənədlərin
qeydiyyat kitablarında həyata keçirilir (14 nömrəli əlavə).
126. Elektron sənəd dövriyyəsi sistemi tətbiq edilən təşkilatlar istisna olmaqla, nəzarət vərəqələrində,
habelə nəzarətdə olan sənədlərdə
(birinci vərəqin yuxarı sağ kənarında) nəzarət işarəsi (“№”) qoyulur və
ya “Nəzarətdədir” ştampı vurulur, bundan sonra sənəd icraçıya verilir, vərəqənin əlavə nüsxəsi isə nəzarət
kartotekasına qoyulur.
127.
Sənədlərin icrasının gedişi haqqında məlumat “İcra haqqında qeyd” sütununda qeyd edili r.
128. Sənəd ancaq orada qaldırılan məsələlər həll olunduqda və sənəd göndərənə mahiyyətcə cavab
verildikdə icra edilmiş sayılır.
Əgər icra sənədləşdirilməmişdirsə, bu barədə nəzarət vərəqəsinin “icra haqqında qeyd” sütununda
məlumat yazılır.
129.
Sənədlər, bir qayda olaraq, icra edildikdən sonra nəzarətdən çıxarılır. Sənədin icrası və
nəzarətdən çıxarılması haqqında məlumat nəzarət vərəqəsində qeyd edilir.
Digər hallarda sənədi nəzarətdən yalnız onu nəzarətə götürmüş vəzifəli şəxs çıxara bilər. Bu zaman
sənəddə və vərəqədə nəzarətdən çıxarılma barədə qeyd yazılır.
130
. Nəzarətdə olan sənədlərin icrası haqqında təşkilatın rəhbərliyinə ayda 1 dəfə məlumat verilir. Digər sənədlərin icrasının gedişi və nəticələri haqqında məlumat ildə azı 1 dəfə təhlil edilir. Təhlil əsasında sənədlərin icrasını sürətləndirmək və icra intizamını yüksəltmək məqsədi ilə müvafiq tədbirlər planı işlənib hazırlanır .