daxili qoşunlarda ,
qanunvericiliklə müəyyən edilmiş
hallar istisna olmaqla, dövlət dili işlənir .
11.3. Azərbaycan Respublikasının notariat fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır.
"Notariat haqqında " Azərbaycan Respublikası Qanununa müvafiq olaraq notariat hərəkətlərinin aparılması üçün
müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş
edirsə,
notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edə bilər və ya mətn tərcüməçi tərəfindən ona tərcümə edilə bilər. 11.4.
Konstitusiya Məhkəməsində icraat dövlət dilində aparılır . Konstitusiya Məhkəməsində
baxılan işin iştirakçısı olan və icraatın aparıldığı dili bilməyən şəxslərə işin bütün materiallarının onların
bildiyi dilə tərcüməsi və
Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış etməsi təmin olunur .
11.5. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı dövlət dilində aparılır.
Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada
bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər. 11.6. Azərbaycan Respublikası məhkəmələrində
mülki işlər, inzibati və iqtisadi mübahisələr üzrə
məhkəmə icraatı dövlət dilində aparılır. Azərbaycan Respublikası
Mülki-Prosessual Məcəlləsi ilə müəyyən
edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları digər dillərdə aparıla bilər.
11.7. Azərbaycan Respublikasında
İnzibati xətalar üzrə icraat dövlət dilində aparılır. Azərbaycan
Respublikasının
İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada inzibati xətalar üzrə
icraat digər dillərdə aparıla bilər.
11.8. İnzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati
şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən