Azərbaycan Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır. M a d d ə 9 . Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər 9.1. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq,
Azərbaycan Respublikasının Konstitusiyasında və “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda müəyyən edilmiş tələblərə uyğun
olmalıdır.
9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı
bütöv olmalı və solğun görünməməlidir.
9.4. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən
dəstək üzərində qaldırılır.
9.5. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi
yerdən azı
üç metr hündürlükdə olsun.
M a d d ə 1 0 . Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə
örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz. M a d d ə 1 1 . Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Azərbaycan Respublikası Dövlət bayrağının bu Qanunun tələblərinə zidd istifadəsi, habelə Azərbaycan
Respublikasının
Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq
məsuliyyətə səbəb olur .
M a d d ə 1 2 . Yekun müddəalar 12.1.Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
12.3.Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və
istehsalı qaydaları müvafiq icra hakimiyyəti orqanı
(Nazirlər Kabineti) tərəfindən müəyyən edilir