vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra "ərizəçi" adlandırılacaq
) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır .
8.2. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət
təşkilatları verə bilərlər.
İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin
şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.),
şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər. 8.3.
Dövlət orqanları Müvəkkilə şikayət verə bilməzlər .
8.4. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən
bir il müddətində verilə bilər.
8.5. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan
şəxslər tərəfindən ünvanlanmış şikayətlər
senzuradan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir .
M a d d ə 9 . İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu 9.1. İnsan hüquqlarının pozulmasına dair şikayətdə
ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır . Şikayətlə bağlı başqa materiallar və ya
məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.
9.2. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı,
ünvanı və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda anonim hesab edilir və həmin şikayətlərə, bu
Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, baxılmır.
9.3.