Azərbaycan Respublikasının Milli Məclisi
125 deputatdan ibarətdir.
M a d d ə 8 3 . Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin əsasları Azərbaycan Respublikası Milli Məclisinin deputatları
majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.
M a d d ə 8 4 . Azərbaycan Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti I. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının
səlahiyyət müddəti 5 ildir . Müharibə
şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Milli Məclisinin çağırışının səlahiyyət müddəti
hərbi əməliyyatların sonunadək uzadılır . Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin
edən
dövlət orqanının müraciətinə (MSK-nın) əsasən Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri
hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir.
III. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının səlahiyyət müddəti Azərbaycan
Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır .
IV. Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından çıxanların yerinə yeni seçkilər keçirilərsə,
yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə məhdudlaşır. M a d d ə 8 5 . Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər I. Azərbaycan Respublikasının