Milli Məclisinin qərarı ilə xitam
verilə bilər.
M a d d ə 9 1 . Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki
fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan
bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.
M a d d ə 9 2 . Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkili Azərbaycan Respublikasının Milli Məclisi
öz iş qaydasını müəyyən edir və Milli Məclisin
müvafiq orqanlarını yaradır, o cümlədən
öz sədrini və onun müavinlərini seçir, komitələr və komissiyalar təşkil edir, Hesablama Palatası yaradır. M a d d ə 9 3 . Azərbaycan Respublikası Milli Məclisinin aktları I. Azərbaycan Respublikasının Milli Məclisi öz səlahiyyətlərinə aid məsələlər üzrə
Konstitusiya qanunları, qanunlar və qərarlar qəbul edir.
II. Azərbaycan Respublikasının Milli Məclisində Konstitusiya qanunları, qanunlar və qərarlar bu
Konstitusiya ilə nəzərdə tutulmuş qaydada qəbul edilir. III. Azərbaycan Respublikası Milli Məclisinin deputatları səsvermə hüququnu
şəxsən həyata keçirirlər.
IV. Qanunlarda və Azərbaycan Respublikası Milli Məclisinin qərarlarında
icra hakimiyyəti və
məhkəmə orqanlarına konkret tapşırıqlar nəzərdə tutula bilməz.
M a d d ə 9 4 . Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair
ümumi qaydalar müəyyən edir:
1) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu
hüquqların və azadlıqların dövlət təminatı;