tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir .
M a d d ə 1 1 7 . Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclasları Azərbaycan Respublikası Nazirlər Kabinetinin iclaslarına, bir qayda olaraq, Azərbaycan Respublikasının
Baş naziri sədrlik edir.
M a d d ə 1 1 8 . Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası I. Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası
Milli Məclisinin razılığı ilə Azərbaycan Respublikasının Prezidenti təyin edir .
II. Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan
Respublikasının Prezidenti onun öz vəzifələrinin icrasına başladığı
gündən bir ay və ya Azərbaycan
Respublikası Nazirlər Kabinetinin istefa verdiyi gündən
iki həftə müddətindən gec olmayaraq Azərbaycan
Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edir.
III. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə
namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən
bir həftədən gec olmayaraq qəbul
edir.
Göstərilən qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına
üç dəfə razılıq verilməzsə , Azərbaycan
Respublikasının
Prezidenti Azərbaycan Respublikasının Baş nazirini Azərbaycan Respublikası
Milli Məclisinin razılığı olmadan təyin edə bilər.
M a d d ə 1 1 9 . Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri Azərbaycan Respublikasının Nazirlər Kabineti:
- Azərbaycan Respublikası dövlət