qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. III. Naxçıvan Muxtar Respublikasında həm də
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası və qanunları, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarları hüquqi qüvvəyə malikdir .
IV. Naxçıvan Muxtar Respublikasının qanunvericilik sistemi
Azərbaycan Respublikasının qanunvericilik sisteminə uyğun olmalıdır. V. Öz səlahiyyətləri daxilində
yerli icra hakimiyyəti orqanları qanunvericilik sisteminə daxil olan
aktlara zidd gəlməyən
normativ xarakterli aktlar qəbul edə bilərlər.
M a d d ə 1 4 9 . Normativ hüquqi aktlar I.
Normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır .
II. Referendumla qəbul olunmuş aktlar yalnız dərc edildikdə onların tətbiqi və icrası
vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir.
III. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası
bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün
məcburidir.
IV. Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına zidd olmamalıdır. Yalnız dərc edilmiş fərmanların tətbiqi və icrası
bütün vətəndaşlar, icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir.
V. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına,
qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası
vətəndaşlar, mərkəzi