səlahiyyət hüdudlarının müəyyən edilməsi; 4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;
4.1.4. yuxarı dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri qərarların
aşağı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən
mütləq yerinə yetirilməsi ;
4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni
hərəkətlərini
müdafiə etməyə borclu olması ;
4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;
4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi;
4.1.8. vətəndaşların
öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət
qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
4.1.9. irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq
vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən, habelə qulluqçuların
işgüzarlıq keyfiyyətlərinə dəxli olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi
4.1.10. dövlət qulluqçularının
potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə onların rotasiyası;
4.1.11. dövlət qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün ləyaqətli yaşayış
səviyyəsinin təmin edilməsi;
4.1.12. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, eləcə də dövlət
qulluqçusunun hərəkətlərinə görə dövlət
orqanının cavabdehlik daşıması .
4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır. 4.3.
Dövlət
qulluqçuları
vəzifə
borclarını
yerinə
yetirərkən
Azərbaycan
Respublikası