Hərbi xidmət vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərmiş,
döyüş və ictimai-siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək
göstəricilərə nail olmuş, nümunəvi xidmət edən və hərbi xidmət vəzifələrini yerinə yetirən
zabitlərə həvəsləndirmə qaydasında vaxtından əvvəl növbəti hərbi rütbə əvvəlki hərbi rütbədə
müəyyən
edilmiş xidmət müddətinin, bir qayda olaraq, ən azı yarısı keçdikdə (müharibə
dövründə xidmət müddətindən asılı olmayaraq) və ya əvvəlki hərbi rütbədə müəyyən edilmiş
xidmət müddəti bitdikdə onların tutduqları vəzifə müqabilində nəzərdə tutulmuş hərbi
rütbədən bir pillə yuxarı hərbi rütbə verilə bilər.
Zabitlərə həvəsləndirmə qaydasında, polkovnik hərbi rütbəsi də daxil olmaqla vaxtından
əvvəl və ya onların tutduqları ştat vəzifələri üçün nəzərdə tutulmuş hərbi rütbədən bir pillə
yuxarı hərbi rütbə bütün xidmət dövründə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən bir dəfə verilə bilər.
43. Hərbi qulluqçular hərbi rütbə verilməsinə bu Əsasnaməyə
müvafiq olaraq təqdim
edilirlər.
Növbəti hərbi rütbələrin verilməsi hərbi xidmətə stimul yaradılması, bölmələrdə,
hissələrdə və gəmilərdə hərbi qulluqçuların döyüş hazırlığının, döyüş və ictimai-siyasi hazırlıq
keyfiyyətinin artırılması, intizamın möhkəmləndirilməsi, yüksək məsuliyyət hissinin, hərbi
rütbəyə və Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə mənsubiyyətə görə qürur hissinin
tərbiyə edilməsi üçün tam şəkildə istifadə edilməlidir.
Müvafiq ştat vəzifələri tutan və müsbət attestasiya olunan hərbi qulluqçulara növbəti hərbi
rütbələrin vaxtında
verilməsi məqsədilə, təqdimatlar qabaqcadan elə hesabla (qoşunların
dislokasiyasının uçotu ilə) göndərilir ki, hərbi rütbə üçün müəyyən edilmiş xidmət müddəti,
müvafiq hərbi rütbəni vermək hüququna malik olan rəisin təqdimata baxdığı gün tamam olsun.
44. İntizam cəzası alan, xidməti vəzifələrinin yerinə yetirilməsində ciddi nöqsanları olan
hərbi qulluqçular növbəti hərbi rütbə verilməsinin digər şərtlərinə cavab versələr də, onların
növbəti hərbi rütbə verilməsinə təqdim olunması nöqsanlar aradan qaldırılanadək, intizam
cəzası götürülənədək təxirə salınır. Növbəti hərbi rütbə verilməsinə təqdimatın təxirə salınması
haqqında qərarı
əlahiddə tabor komandiri, ona bərabər və ondan yuxarı səlahiyyətə malik
birbaşa rəis qəbul edir və bu qərarın qəbul edilməsinə əsas olan səbəbi hərbi qulluqçu ilə şəxsi
söhbət zamanı ona elan edir. Şəxsi söhbət zamanı növbəti hərbi rütbə verilməsinə dair
təqdimatın təxirə salınmasına əsas olan səbəb hərbi qulluqçuya söhbət vərəqəsində imza
etdirməklə elan edilir və növbəti hərbi rütbə verilənədək şəxsi işə tikilib saxlanılır. Müvafiq
quruma qəbul edilmiş qərar və aparılmış söhbət haqqında məlumat verilir.
Törətdikləri cinayətə görə şərti və ya barələrində hökmün icrası təxirə yaxud hərbi xidmət
üzrə məhdudlaşdırma
növündə cəzaya, məhkum edilmiş və bu Əsasnamənin 158-ci
maddəsinin «b» bəndi ilə nəzərdə tutulmuş qaydada həqiqi hərbi xidmətdə saxlanılan hərbi
qulluqçular məhkəmənin müəyyən etdiyi sınaq və ya hökmün icrasının təxirə salınma müddəti
qurtarmayanadək növbəti hərbi rütbə verilməyə təqdim edilmirlər.
18
45. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olması müddəti
aşağıdakı kimi müəyyən edilir:
19