«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə azərbaycan respublikasinin qanunu azərbaycan Respublikasının Milli Məclisi qərara alır: «Hərbi xidmətkeçmə haqqında»


MÜHARİBƏ DÖVRÜNDƏ HƏRBİ XİDMƏT KEÇMƏNİN XÜSUSİYYƏTLƏRİ



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə14/48
tarix22.07.2022
ölçüsü1,55 Mb.
#62874
1   ...   10   11   12   13   14   15   16   17   ...   48
herbi xidmet kecme

MÜHARİBƏ DÖVRÜNDƏ HƏRBİ XİDMƏT KEÇMƏNİN XÜSUSİYYƏTLƏRİ
185. Müharibə dövründə hərbi qulluqçular hərbi xidməti bu fəsillə və müharibə dövrü 
üçün qəbul edilmiş digər normativ hüquqi aktlarda nəzərdə tutulan xüsusiyyətlərin uçotu ilə 
keçirlər. 
Bu fəsildə və müharibə dövrü üçün qəbul edilmiş başqa normativ hüququ aktlarda 
müharibə dövründə hərbi qulluqçularla iş aparılması, onlara hərbi rütbələr verilməsi, 
attestasiyadan keçirilməsi, məzuniyyətlərin verilməsi və hərbi qulluqçuların həqiqi hərbi 
xidmətdən buraxılması qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının xüsusi sərəncamı ilə tətbiq olunur. 
186. Səfərbərlik elan edildikdə: 
a) həmin müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət 
edən bütün şəxslər, o cümlədən toplanışlara çağırılmış hərbi vəzifəlilər xüsusi sərəncam 
alınanadək saxlanılırlar (bu Əsasnamənin 21-ci maddəsi). Hərbi hissələrin heyətləri
siyahısından çıxarılmamış hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları barədəki 
əmrlər, xəstəliklərinə görə istefaya buraxılanlardan başqa ləğv edilir. Bu hərbi qulluqçular 
əvvəlki vəzifələrini icra etməyə başlayırlar, bu vəzifələrin başqa hərbi qulluqçular tərəfindən 
tutulduğu təqdirdə — müvafiq birbaşa rəislərinin göstərişləri ilə istifadə olunurlar; 
b) bütün məzuniyyətlər, xəstəliyə, hamiləliyə və doğuşla əlaqədar məzuniyyətlərdən başqa 
(bu Əsasnamənin 119-cu maddəsi), habelə ezamiyyətlər (bu Əsasnamənin 145-ci maddəsi) 
dayandırılır və məzuniyyətdə olan hərbi qulluqçular dərhal öz xidmət yerlərinə qayıtmağa 
borcludurlar; 


 v) müəyyən edilmiş müddətli xidmət yerlərində xidmət edən hərbi qulluqçuların 
dəyişdirilməsi dayandırılır; 
q) hərbi vəzifəlilər səfərbərlik əmrnamələrində, rayon (şəhər) hərbi komissarlarından 
aldıqları çağırış vərəqələrində, yaxud əmrlərində göstərilən müddət ərzində məntəqələrə 
gəlməlidirlər; 
d) həqiqi hərbi xidmətdə olan və müharibə dövrünün ştatına görə əvvəlcədən vəzifələrə 
təyin edilmiş hərbi qulluqçular, habelə hərbi hissələrə təhkim edilmiş hərbi vəzifəlilər 
səfərbərliyə görə əvvəlcədən təyin olunduqları öz vəzifələrinin icrasına başlayırlar. 
Səfərbərliklə əlaqədar göstərilmiş məntəqələrə vaxtında gəlməyən hərbi vəzifəlilər, 
vətəndaşların bu çağırış məntəqələrinə vaxtında gəlmələrinə mane olan idarə, müəssisə və 
təşkilatların, o cümlədən təhsil müəssisələrinin vəzifəli şəxsləri və başqa vəzifəli şəxslər, habelə
üzürlü səbəblər olmadan məzuniyyətlərdən və ezamiyyətlərdən öz xidmət yerlərinə 
qayıtmayan hərbi qulluqçular müharibə dövrünün qanunları ilə məsuliyyət daşıyırlar. 
187. Müharibə dövründə hərbi vəzifəlilərin həqiqi hərbi xidmətə səfərbərliyə görə sonrakı 
çağırılmaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanını Fərmanına əsasən 
müvafiq icra hakimiyyəti orqanının əmrlərinə müvafiq olaraq hərbi komissarlıqlar tərəfindən 
həyata keçirilir. 
188. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti müharibə dövründə bu 
Əsasnamənin 32, 33, 38, 40 («b» və «q» bəndlərindən başqa) və 171-ci maddələrinə uyğun hərbi 
qulluqçularla və hərbi vəzifəlilərlə komplektləşdirilir. 
189. Hərbi rütbələrin verilməsi (bu Əsasnamənin 190-cı maddəsi ilə müəyyən edilmiş 
döyüş fəaliyyətində iştirak edən hərbi qulluqçuların hərbi rütbələrdə xidmət müddətləri 
nəzərə alınmaqla), hərbi rütbələrin aşağı salınması, vəzifələrə təyin edilmə, hərbi qulluqçuların 
müharibə dövründə xidmət yerinin dəyişdirilməsi dinc dövrdəki kimi yerinə yetirilir. 
190. Döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin hərbi qulluqçuları üçün hərbi 
rütbədə olması müddəti aşağıdakı kimi müəyyən edilir: 
Korpus idarələri hərbi qulluqçuları üçün qoyulmuş xidmət müddətləri müharibə dövründə 
növbəti hərbi rütbə verilərkən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 
idarələrinin, müstəqil şöbələrinin, Silahlı Qüvvələrin növləri xidmətlərinin hərbi
qulluqçularına onların döyüş əməliyyatlarında yerinə yetirdikləri tapşırıqların xarakterindən və 
əhəmiyyətindən asılı olaraq tətbiq oluna bilər. Belə hallarda hərbi rütbədə olma illərinin ixtisarı 
məsələsini şəxsən göstərilən hərbi qulluqçulara şəxsən növbəti hərbi rütbə verən rəislər icra 
edir. 


 191. Müharibə dövründə hərbi qulluqçuların hərbi rütbədən məhrum edilməsi, yaxud 
rütbədə bərpa olunması bu Əsasnamənin 5-ci fəslində müəyyən edilmiş qaydalar üzrə yerinə 
yetirilir. 
Müharibə dövründə hərbi rütbədən məhrum edilmiş şəxslərə sonradan özlərini əvvəlki, 
yaxud ona bərabər vəzifələri tutmağa layiq göstərsələr, onda onlara əvvəlki rütbələrinə 
bərabər, yaxud aşağı rütbələr verilə bilər. Belə hallarda rütbələrin verilməsi bu rütbəni verməyə
hüququ olan vəzifəli şəxslər tərəfindən icra olunur. 
192. Müharibə dövründə hərbi qulluqçuları vəzifələrə təyin etmək hüququna malik olan 
komandirlər və rəislər boş qalan yerləri vaxtında komplektləşdirmək məqsədi ilə daim 
vəzifədə irəli çəkilmək üçün namizədlər ehtiyatına malik olmalıdır. 
Döyüş əməliyyatlarında iştirak edən hərbi hissələr, birləşmələr və idarəetmə orqanları 
hərbi qulluqçularla birinci növbədə daha tam komplektləşdirilməlidir. 
193. Müharibə dövründə gizirlərin, miçmanların və zabitlərin attestasiyadan keçirilməsi 
onların xidmət üzrə başqa hərbi hissələrə yerdəyişməsi zamanı, eləcə də yuxarı birbaşa 
rəislərin tələbləri ilə aparılır. Attestasiya, onu imzalayan şəxsin alay (briqada), əlahiddə tabor
komandirləri və onlara bərabər komandirlərdən aşağı olmayan ən yaxın birbaşa rəisi 
tərəfindən, attestasiya komissiyasında baxılmadan təsdiq edilir. 
194. Müharibə dövründə hərbi qulluqçulara məzuniyyət yerlərinə gedib-qayıtma vaxtı 
sayılmadan 10 gün müddətində (bu Əsasnamənin 129-cu maddəsi) qısa müddətli 
məzuniyyətlər verilə bilər: 
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr 
növlərinin komandanlarına, qoşun növləri komandanlarına (rəislərinə), birbaşa Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanına tabe olan idarələrin, müstəqil şöbələrin, 
xidmətlərin rəislərinə, korpus (diviziya), alay (briqada) komandirlərinə, həmçinin onların 
müavinlərinə — müvafiq icra hakimiyyəti orqanı tərəfindən; 
Silahlı Qüvvələrin və qoşun növlərinin əlahiddə bölmələri, hərbi hissələrin və birləşmələrin 
komandirlərinə və onların müavinlərinə qoşun növlərinin komandanları tərəfindən; 
Mərkəzə tabe olan əlahiddə bölmələrin hissələrinin komandirlərinə, habelə onların 
müavinlərinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına qoşun 
növlərinin komandanları (rəisləri), idarə, müstəqil şöbələri rəisləri tərəfindən; 
Qalan hərbi qulluqçulara — hərbi hissə komandirləri və onlara bərabər və yuxarı birbaşa 
rəislər (onların bilavasitə rəislərinin razılığı ilə) tərəfindən. 
195. Müharibə dövründə hərbi qulluqçuların müalicəsi müalicə müəssisələrində başa 
çatdırılmalıdır. Hərbi həkim komissiyasının qərarı ilə müstəsna hallarda hərbi hissələrin 
komandirləri (bəzi hallarda isə hərbi hissənin siyahısından çıxarıldıqda hərbi müalicə 
müəssisəsinin rəisləri) tərəfindən xəstəliyə görə 30 gün müddətində məzuniyyət verilə bilər. 
Bu müddət qurtardıqdan sonra hərbi-həkim komissiyasının qərarı ilə xəstəliyə görə 
məzuniyyət yenə bu müddətə artırıla bilər, müvafiq tibbi göstəricilərə görə daha bir dəfə 
artırıla bilər. Ümumilikdə xəstəliyə görə məzuniyyət üç aydan çox olmamalıdır. Xəstəliyə görə 
məzuniyyət başa çatdıqdan sonra hərbi-həkim komissiyası hərbi qulluqçunun hərbi xidmətə 
yararlı olub-olmaması barədə qərar çıxarır. 
196. Həqiqi hərbi xidmətdə olan, hərbi-həkim komissiyası tərəfindən müharibə dövründə 
hərbi uçotdan silinməklə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçular xəstəliyə görə 
istefaya buraxılırlar. Müharibə dövründə 6, yaxud 12 aydan sonra yenidən tibbi müayinədən
keçməklə hərbi xidmətə yararsız sayılanlar isə ehtiyata buraxılırlar; 
onların buraxılma əmrlərində göstərilən müddət keçdikdən sonra yenidən tibbi 
müayinədən keçmələrinin zəruri olduğu göstərilir. 
Müharibə dövründə hərbi-həkim komissiyasının qərarına görə hərbi xidmətə yararsız, 
yaxud 6, ya da 12 aydan sonra yenidən tibbi müayinədən keçirilməklə müharibə dövründə 


hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasını bu
Əsasnamənin 160-cı maddəsində göstərilən, dinc dövrdə buraxılmanı həyata keçirən rəislər icra 
edirlər. 
197. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti 
orqanının Fərmanına əsasən icra edilir. 
Səfərbərlikdən tərxisetmə üzrə hərbi xidmətdən buraxılan hərbi qulluqçular bir dəst geyim 
və ayaqqabı ilə təmin olunurlar. Belə hərbi qulluqçuların yaşayış yerlərinə aparılması və yolda 
qida ilə təmin edilməsi dövlət hesabına edilir. 
198. Müharibə dövründə hərbi qulluqçuların uçotunun xüsusiyyətləri «Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin uçotuna dair Təlimat»la müəyyən edilir.


«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə 
1 saylı əlavə 
___________________________________________ Komandirinə (rəisinə) 
«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq son yaş həddindən artıq 5 il müddətinə qədər həqiqi hərbi xidmətdə saxlanmaları 
məqsədəuyğun olan ______________________________________________________________ siyahısını təqdim edirəm. 
(hərbi hissənin adı, hərbi qulluqçuların heyəti) 
Sıra 
№-si 
Hərbi rütbəsi, soyadı, adı, 
atasının adı və tutduğu 
vəzifə 
Təvəllüdü, nə vaxt 
və 
hansı 
hərbi, 
yaxud mülki ixtisas 
məktəbini 
bitirmişdir 
Hansı 
müddətə 
xidmətdə 
saxlanması 
təklif 
edilir 
Xidmətdə saxlanmasının məqsədəuyğunluğunun əsaslandırılması 

Azərbaycan Respublikasının 
Milli Qəhrəmanı polkovnik 
Cəfərov İlqar Mahmud oğlu, 
Bakı Ali hərbi Birləşmiş, 
Komandanlıq 
məktəbinin 
taktika kafedrasının rəisi 
(ştat kateqoriyası polkovnik-
leytenant) 
28 yanvar 1946-cı 
il, Frunze adına 
Hərbi Akademiya, 
1976-cı 
il, 
hərb 
elmləri namizədi 
_____ ilə qədər 
Yüksək ixtisaslı, döyüş təcrübəsinə malik mütəxəssisdir 
________________________________ 
(hərbi hissənin adı) 
komandiri (rəisi) _____________________________________ 
(hərbi rütbəsi, imzası, soyadı) 
«_____»____________________ 19___ il 


«Hərbi xidmətkeçmə haqqında» Əsasnaməyə 
2 saylı əlavə 
__________________________________ Komandirinə (rəisinə) 
«Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə müvafiq olaraq son yaş həddindən artıq həqiqi hərbi xidmətdə saxlanmaları məqsədəuyğun olan 
____________________ _______________________________________________________________________________________ 
(hərbi hissənin adı, hərbi qulluqçuların heyəti) 
siyahısını təqdim edirəm. 
Sıra 
№-
si 
Hərbi rütbəsi, soyadı, adı, 
atasının adı və tutduğu 
vəzifə 
Təvəllüdü, nə vaxt 
və 
hansı 
hərbi, 
yaxud 
mülki 
ixtisas 
məktəbini 
bitirmişdir 
Hansı 
müddətə 
xidmətdə 
saxlanması 
təklif 
edilir 
Xidmətdə saxlanmasının məqsədəuyğunluğunun əsaslandırılması 






Baş gizir Rzayev Samir 
İmran 
oğlu, 
radio 
stansiyasının rəisi 
18 avqust 1950-ci il, 
Bakı 
Rabitə 
texnikumu Xidmət 
illəri: (təqvim üzrə) 
— 18 il 7 ay, 
güzəştli ____ il 
_____ ilə qədər 
İş bacarandır. 
Xidmət illəri 20 il olana qədər 
________________________________ 
(hərbi hissənin adı) 
komandiri (rəisi) _____________________________________ 
(hərbi rütbəsi, imzası, soyadı) 
«_____»____________________ 19___ il 


«Hərbi xidmətkeçmə haqqında»
Əsasnaməyə
3 saylı ƏLAVƏ 

Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin