vəsiqələr verilir. Kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının
vətəndaşlarına hərbi bilet verilir.
Hərbi qulluqçuların bu Əsasnamənin 12-ci maddəsinin «b», «q», «d» bəndləri ilə müəyyən
edilmiş müddətlərə həqiqi hərbi xidmət müddətinin uzadılması barədə öhdəlikləri hərbi
hissənin müvafiq qurumları və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir
(7 saylı əlavə). Öhdəliklər hərbi qulluqçuların əvvəllər götürdüyü
öhdəliklər üzrə xidmət
müddətinin qurtarmasına üç ay qalandan gec olmayaraq tərtib edilməlidir.
Hərbi qulluqçuların şəxsi işi və digər uçot sənədləri Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində şəxsi heyətin uçotu üzrə təlimata uyğun aparılır.
28. Hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar arasından həqiqi hərbi xidmətə
qəbul üçün namizədlərin seçilməsi hərbi hissə komandirlərinin tələbnamələri və ya
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuların heyəti
üzrə sərəncamları əsasında rayon (şəhər) hərbi komissarlıqları tərəfindən fərdi qaydada
aparılır. Hərbi hissə komandirlərinin tələbnamələrində və ya Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanının sərəncamlarında həqiqi hərbi
xidmətə qəbul üçün hərbi
vəzifəlilərin və hərbi uçotda olmayan qadınların seçilməli olduqları hərbi hissələr, onların
yerləşmə məntəqəsi, hərbi-uçot ixtisasları, vəzifələri və həmin vəzifələr üzrə pul təminatı
haqqında məlumatlar verilir.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında həqiqi hərbi xidmətə
daxil olmaq istəyən həqiqi hərbi xidmət qulluqçularının, hərbi vəzifəlilərin və hərbi uçotda
olmayan qadınların seçilməsini və sənədlərinin tərtib edilməsini həmin orqanların
müvafiq
qurumları həyata keçirir. 29. Həqiqi hərbi xidmətə könüllü daxil olmaq barəsində arzusunu
bildirən şəxslər (hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar) həqiqi hərbi xidmət
keçdikləri hərbi hissəyə (yaşayış yeri üzrə hərbi komissarlığa) aşağıdakı sənədləri təqdim
edirlər:
komanda üzrə raport (hərbi komissarın adına ərizə);
həqiqi hərbi xidmətə daxil olmağa könüllü razılığı barədə yazılı öhdəlik (kursantların və
zabitlərin hərbi xidmətinə daxil olan Azərbaycan Respublikasının vətəndaşlarından başqa);
şəxsən yazılmış tərcümeyi-hal;
qanunla müəyyən olunmuş qaydada təsdiq edilmiş aşağıdakı
sənədlər;
təhsil haqqında sənədin surəti;
doğum haqqında şəhadətnamənin surəti;
nikah haqqında şəhadətnamənin surəti;
uşaqların doğum haqqında şəhadətnamələrinin surəti;
xidmət (iş və ya təhsil) yerindən xidməti xasiyyətnamə;
hərbi hissədən (evlər idarəsindən, müvafiq icra hakimiyyəti orqanlarından) ailə tərkibi və
yaşayış yeri haqqında arayış;
səhhətinə görə müvafiq qoşun növündə (xidmətdə, lazım gəldikdə,
həm də müvafiq
ərazidə) hərbi xidmətə yararlı olması barədə hərbi-həkim komissiyasının qərarı;
2 ədəd fotoşəkil (başıaçıq, anfas) 3 x 4 sm ölçüdə və 2 ədəd 9 x 12 sm ölçüdə (kursantların
həqiqi hərbi xidmətinə daxil olanlar üçün 4,5 x 6 sm ölçüdə);
rejim obyektlərində isə buraxılışı rəsmiləşdirmək üçün sənədlər.
Könüllü həqiqi hərbi xidmətə daxil olmağa arzusunu bildirən və bu Əsasnamənin 26-cı və
27-ci maddələrinin tələblərinə cavab verən bütün şəxslərə hərbi hissə qərargahları və rayon
(şəhər) hərbi komissarlıqları iki nüsxədə şəxsi iş tərtib edirlər.
Həqiqi hərbi xidmətə namizəd olan şəxslərin adına tərtib edilmiş şəxsi işlər göndərilir
(təqdim edilir):
Könüllü həqiqi hərbi xidmətə daxil olmaq arzusunu bildirən hərbi qulluqçular üçün —
müvafiq hərbi hissə komandirlərinin adına və ya bu hərbi hissələrin daxil olduğu Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının müvafiq qurumlarına;
Hərbi vəzifəlilər və hərbi uçotda olmayan qadınlar üçün alınan naryadlara (tələbnamələrə)
uyğun olaraq müvafiq hərbi hissə komandirlərinin adına hərbi vəzifəlilərin və qadınların hərbi
hissələrə göndərilməsi onların həqiqi hərbi xidmətə rəsmiləşdirildikləri yer üzrə hərbi
komissarlıqlar tərəfindən aparılır. Hərbi hissəyə göndərməzdən əvvəl rayon (şəhər) hərbi
komissarlıqları həqiqi hərbi xidmətə çağırılan şəxslər üçün müəyyən edilmiş qaydada onların
şəxsiyyət vəsiqələrini alır və onlara şəxsiyyət vəsiqələrinin alınması
barədə qəbz və hərbi
komissarlığın sərəncamını verir.
Həqiqi hərbi xidmət keçmək üçün hərbi hissəyə göndərilmiş hərbi vəzifəlilər və qadınlar
hərbi hissəyə çatanadək müəyyən edilmiş normalar üzrə ərzaq-yol pulu ilə təmin edilirlər.
Yaşayış yerindən hərbi hissənin yerləşdiyi yerə ailənin və ev əşyalarının aparılmasının xərcini
hərbi hissə ödəyir.
30. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarından və onların
qoşunlarından, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış
başqa silahlı birləşmələrdən hərbi qulluqçuların həqiqi hərbi xidmətə qəbul olunması
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün müəyyən edilmiş
ümumi əsaslarla həyata keçirilir.
I I I f ə s i l
Dostları ilə paylaş: