Mövzu№ Sahibkarlıq fəaliyyətinin mahiyyəti, növləri və innovasiya sahibkarlığı. Plan



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə48/115
tarix24.07.2022
ölçüsü1,35 Mb.
#62885
1   ...   44   45   46   47   48   49   50   51   ...   115
C fakepathmuhazire esas (1)

Mövzu 6. Sahibkarlıq məsuliyyəti 
Plan: 


1.
 Sahibkarin hüquqları və vəzifələri
 
2.Sahibkarlıq məsuliyyətinin məzmunu və formaları 
3.Dövlət idarəetmə orqanları qarşısında məsuliyyət 
4.Təsərrüfat müqavilələri üzrə təsərrüfat subyektləri qarşısında məsuliyyət 
5. İşçilərin əmək hüquqlarının pozulması ilə bağlı məsuliyyət 
6. Müəssisənin əmlakı ilə bağlı mülkiyyətçilər qarşısında məsuliyyət 
7.Sahibkarlıq münaqişələrinin həlli yolları 
 
1.SAHİBKARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ 
  
Sahibkarın hüquqları 
  
1. Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının 
qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir: 
istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu 
orqanların işində iştirak etmək; 
dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa 
əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən əldə etmək; 
başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək
tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından və intellektual 
mülkiyyət obyektlərindən istifadə etmək
işçiləri işə qəbul etmək və işdən azad etmək; 
işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini 
və gəlirinin digər növlərini müəyyənləşdirmək; 
təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və 
istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət 
ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək; 
öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək; 
pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün 
növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq


sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari 
ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Sahibkarlıq 
fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfəətin (gəlirin) bölüşdürülməsi 
qaydası bağlaşmada müəyyən edilir; 
məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək
dövlət sosial təminatı sistemindən istifadə etmək; 
könüllü sığorta növünü sərbəst surətdə seçmək;
 
hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və 
digər qurumların, təsərrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət 
etmək; 
xarici iqtisadi münasibətlərdə iştirak etmək; 
valyuta əməliyyatları aparmaq; 
ictimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki 
məqsədlərə, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım 
göstərilməsinə ianələr vermək; 
həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək. 
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların 
maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə 
tutulmuş hüquqlar 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin