məhkəmə vasitəsi ilə cərimə edilir və yerli büdcəyə yönəldilir.
2.
Sahibkarlıq
fəaliyyətinin
zəruri
şərtlərinin
formalaşması
onun
lisenziyalaşması adlanır. İnkişaf etmiş ölkələrdə ayn-ayrı fəaliyyət növlərinin
lisenziyalaşması üzrə regionda İcra Hakimiyyətinin
səlahiyyətli orqanlan
fəaliyyətə təsir göstərir. Qanunvericilikdə nəzərdə tutulmuş lisenziya şərtlərinə
əməl edilməzsə, o cümlədən keyfiyyətsiz məhsulların sayına və ya buraxılmasına
digər hüquqi və fiziki şəxslər tərəfindən lisenziya verilirsə, ticarət, sanitariya və
ekologiya qaydaları pozulursa, lisenziyalar ləğv edilir.
Sahibkarlıq fəaliyyətinin ayrı-ayrı növləri üzrə lisenziyalaşma qaydası və
lisenziyalaın ləğv edilməsi üzrə müvafiq məsuliyyət xüsusi qanunvericilik aktları
ilə müəyyənləşdirilir. Əmtəə birjaları haqqında
qanuna müvafiq olaraq birja
ticarətinə lisenziyaların verilməsi tənzimlənir və əmtəə birjalarının
lisenziyalaşması təlimat əsasında müəyyənləşdirilir.
Mərkəzi Bank Kommersiya banklarının kredit fəaliyyətinə görə
lisenziyalardan məhrum etmək hüququna malikdir.
3.
Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsinin əsas istiqamətlərindən
biri təsərrüfat subyektlərinin inhisarçılıq fəaliyyətinin məhdudlaşması ilə bağlı
hüquqi və təşkilati əsasnamələrin yaradılmasıdır.
İqtisadiyyat Nazirliyi və onun ərazi orqanları qanunvericiliyi pozanlara və
qeyri-xoşməramlı
(haqsız) rəqabətə yol verənlərə qarşı müxtəlif sanksiyaların
tətbiq olunma və onlara nəzarətetmə səlahiyyətinə malikdirlər. Antiinhisar siyasəti
üzrə fəaliyyət göstərən orqan antiinhisar qanunvericiliyinin pozulmastnm
qarşısının alınması, qanunvericiliyə uyğun olmayan müqavilənin dəyişdirilməsi
və ya onların qarşısının alınması və ilkin vəziyyətə
(proseduraya) qaytarılması ilə
bağlı göstərişlərin icrası üçün sahibkarlardan məsuliyyət tələb etmək hüququna
malikdirlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul
olan kommersiya və qeyri-
kommersiya təşkilafları bazarda hakim mövqeyə malik olmaqla antiinhisar
qanunvericiliyini iki dəfədən artıq pozmuş olarlarsa İqtisadiyyat Nazirliyi onun
məcburi bölünməsi və ya bir neçə struktur bölməsinə ayrılması ilə bağlı qərar
qəbul etmək hüququna malikdir. Antiinhisar orqanlarının fəaliyyəti ilə bağlı
təsərrüfat subyektlərinin işlərinə məhkəmə qaydasından baxılır.
Antiinhisar orqanlarının göstərişlərinin yerinə
yetirilməsinə görə zərərin
yerinin doldurulması məqsədi ilə cərimələrin tətbiqi nəzərdə tutulur. Təsərrüfat
subyektlərinə - müəssisələrə, sahibkarlara, antiinhisar qanunvericiliyinə müvafiq
olaraq tətbiq edilən sanksiyalara məsuliyyət müəssisəni təmsil edən vəzifəli şəxsin
üzərinə qoyulur.Əgər cərimələr könüllü olaraq ödənilməmişsə,
onda antiinhisar
orqanlarının təkidi ilə məhkəmə orqanları vasitəsilə ödənilir.
4.
Sahibkarlıq
fəaliyyətinin
dövlət
tənzimlənməsinin
mühüm
istiqamətlərindən biri də dövlətin qiymət intizamının pozulmasına görə
məsuliyyətin müəyyənləşdirilməsidir. Qiymət intizamının pozulmasına görə
məsuliyyət bir sıra normativ aktlarla nəzərdə tutulmuş qiymət və tariflərin dövlət
tənzimlənməsi ilə bağlıdır. Məhsul və xidmətlərin dövlət tərəfindən tənzimlənən
qiymətlərinin yüksəldilməsi aşağıdakı hallarla bağlıdır:
Dostları ilə paylaş: