əgər əvvəllər müqavilə iştirakçıları yalnız sanksiyaların həyata keçirilməsində
iştirak edirdilərsə, hazırda bu baxımdan şərait dəyişmişdir. Hazırda sahibkarlar
müqavilə öhdəliklərinin yerinə yetirilməsinə görə sanksiyaları özləri müəyyən edir
və müqavilənin əlverişliliyini özləri araşdırırlar. Bu cür razılaşmaları çox zaman
müqavilə cərimələri də adlandırırlar.
Dünya ölkələrində müqavilə cərimələri ilə yanaşı qanuni cərimələr də
mövcuddur. Bu da öhdəliklərin müəyyən növlərinə görə münasibəti özündə əks
etdirir. Cərimələr imperativ normalarla müəyyənləşdirildiyindən tərəflərin
razılığından asılı olmayaraq həyata keçirilir.
Qanuni cərimələrin məbləği tərəflərin razılığı ilə qadağan qoyulmadığı
təqdirdə
(müqavilədə) artırıla bilər.
Əgər müqavilədə bir neçə sahibkar iştirak edirsə, qanunvericilikdə və
müqavilədə başqa hal nəzərdə tutulmadığı təqdirdə onlann məsuliyyəti xüsusi
çəkiyə əsasən müəyyənləşdirilir. Qanun və ya müqavilədə həmçinin salidar
(birgə)
məsuliyyət də nəzərdə tutulur. Bu halda kreditorlar müqavilədə iştirak edən hər
hansı borclu müəssisədən borcunu tələb etmək hüququna malikdirlər. Öz
növbəsində borclular da kreditorlar qarşısında öz həmkarları ilə məsuliyyətləri
bölüşdürürlər.
Dostları ilə paylaş: