14
9.1. Mallar müqavilənin xüsusi şərtlərində göstərilmiş tələblərə uyğun qablaşdırılmalı, markalanmalı
və müəyyənləşdirilmiş son təyinat məntəqəsinədək daşınmalıdır.
9.2. Qablaşdırma malların müqavilədə göstərilmiş sonuncu təyinat məntəqəsinə zədələnmədən və
korlanmadan çatdırılmasını təmin etməlidir. Qablaşdırmanın ümumi (müvafiq texniki normativ hüquqi
aktlara cavab verən) şərtləri və (və ya) xüsusi (Sifarişçinin əlavə tələblərinə cavab verən) şərtləri
müqavilənin xüsusi şərtlərində göstərilməlidir.
Sifarişçinin əlavə tələbləri çərçivəsində qablaşdırılmanın müvafiq hərarətə, duzlu, radioaktiv və digər
ekstremal mühitə, çöküntülərə və açıq halda saxlanılmasına davamlılığı, malların tələb olunan
qaldırıcı və nəqliyyat vasitələri ilə daşınmasına imkan yaradan qablaşdırıcı qutuların ölçüləri və çəkisi,
digər tələbləri göstərilə bilər.
9.3. Markalanma
Markalanma malların baxışı zamanı onların digər mallardan ən qısa müddət ərzində seçilməsinə
imkan yaratmalıdır. Malların qablaşdırılan hissəsi daxildən və xaricdən markalanmalıdır və müvafiq
sənədlərlə müşayiət olunmalıdır.
9.4. Daşınmalar
Malların son təyinat məntəqəsinə daşınmasını təmin edən nəqliyyat vasitələrinin növü İcraçı
tərəfindən müəyyənləşdirilir.
Dostları ilə paylaş: