Mövzu 5:Şəxsiyyət və onun sosiallaşması prosesi
Plan:
1. Şəxsiyyət və onun inkişafı
2. Şəxsiyyətə təsir edən amillər
Pedaqogika şəxsiyyəti tərbiyənin obyekti fəaliyyəti isə subyekti
baxımdan öyrənir.Şəxsiyyətin inkişafında tərbiyənin mövqeyini onların
qarşılıqlı əlaqələrini meydana çıxarır. Bütün bunlarla bərabər şəxsiyyət
probleminə müxtəlif cəhətlərdən və mövqeylərdən yanaşılmış, xeyli
ciddi əsərlər yazılmış və ardicil olaraq da bu sahə tətbiq edilməkdədir.
Şəxsiyyət dedikdə şüurlu fəaliyyət göstərən, sosial münasibətlərdə
iştirak edən, yaxşı əməllər sahibi olan, ətraf aləmi yaxşıllaşdıran və ya
bu barədə düşünən xeyirxah, humanist insan nəzərdə tutulur. Müasir
pedaqogika və psixologiyada şəxsiyyət anlayışına birmənalı
yanaşmamışlar. Tədqiqatçıların əksəriyyəti hesab edir ki,həyatı boyu
formalaşan özünəməxsus fərdi xüsusiyyətləri, müəyyən təəkkürü
davranış təri, hissləri, ictimai münasibət və ünsiyyəti olan insan
şəxsiyyət adlanır. Şəxsiyyət konkret insan olub, şüura malik, sosial
inkişaf prosesində yaranan fərdilikdir. Geniş mənada sosial
münasibətlərin və şüurlu fəaliyyətin subyekti olan fərd kimi başa
düşülür. Dar mənada isə sistemli keyfiyyətlərə malik, ictimai
münasibətlərə qoşulan, birgə fəaliyyət və ünsiyyətdə formalaşan
şəxsiyyətdir.
Şəxsiyyətin inkişafı. İnsanın inkişafı mürəkkəb davamedici mütərəqqi
prosesin nəticəsidirki, bu zaman onun bioloji, psixi və sosial
keyfiyyətləri dəyişir. Bu dəyişikliklər şəxsiyyətin formalaşması
prosesində onun tərbiyəsi və təhsilinin təsiri ilə baş verir. Tərbiyə
şəxsiyyətin inkişafına müəyyənedici təsir göstərir.O inansın fərdi ictimai
varlıq kimi təşəkkülünün müəyyən edir. Uşaq müəyyən istedad və
qabilliyətlərlə dünyaya gəlir, lakin onların necə pöhrələnəcəyi təbiət və
mühitdən asılı olur.
Mühit. Bu uşağın yaşadığı dünyada, planet baş verən hadisələr, iqtisadi,
kortəbii hadisələr, ölkədə , cəmiyyətdəki hadisələrdir. Bu şəhərdə,
kənddə, ailədə baş verən hadisələrdir. Bu dini təsirlər, küçənin
həmyaşıtdların, məktəb və məktbdənkənar müəssisələrin, klub və
mərkəzlərin təsiridir.
Muhitin təirinə məruz qalan insan fiziki əqli və mənəvi cəhətdən
dəyişir. Bu prosesdə uşaq şəxsiyyət kimi təşəkkül tapır.
Şəxsiyyətin inkişafına təsir edən amillər. Şəxsiyyət pedaqoji və psixoloji
baxımdan müxtəlif xüsusiyyətlərlə, ilk növbədə ictimai
fəallıq,motivlərin davamlı sistemi, şəxsi məna və münasibət
kateqoriyaları ilə xarakterize olunur. Şəxsiyyətin inkişafına daxili və
xarici amillərlə şərtlənilir:
Daxili amillərə daxildir. Genetik, bioloji,fiziki, fizioloji amillər. Bu
cəhətdən daxili amillər insanın şəxsi fəallığını, şəxsin marağını
insanlarla ünsiyyət münasibətində özünü birləşdirir.
Xarici amillərə daxildir. Fərdin müəyyən mədəniyyətə, sosial-iqtisadi
sinifə və ailə mühitinə məxsusluğu. Bu baxımdan xarici amillər ictimai
mühiti, kollektivi, ictimai qrupları, tərbiyəvi təsirləri də özündə
birləşdirir. Şəxsiyyət insanın varlığının bir sıra keyfiyyət və vəziyyətinin
təzahürü formasıdır.İnsan ümumi anlayışdır.
Şəxsiyyətin sosiallaşması. Şəxsiyyətin sosial təşəkkülü-insanın özünü
şəxsiyyət kimi dərk etməsi prosesidir. Bu tərbiyə, təhsil və özünü
tərbiyəsində baş verir. Şəxsiyyətin təşəkkülü ətraf mühitin, həyatında
qarşılaşdığı ədalətin zülmün dərkidir.
|