ETNOPSİXOLOGİYA 155
sövdələşmədə danışıqlar aparılması taktikasını dəyişmək xarakterik
deyildir.
Yaponlar üçün partnyorları onlara böyük güzəştlər edəcəyi
təqdirdə onlara pozitiv münasibətlə cavab verməyə can atmaq
xarakterikdir. Partnyorların etdikləri güzəştlər onları yaponların
gözündə hər zaman daha yüksək edir. Yaponlar bunu bir növ
özlərinə qarşı hörmət olaraq qəbul edirlər. Praktik olaraq bu,
hansısa başqa bir məqamda yaponların da onlara qarşılıqlı güzəştə
gedəcəyi mesajını verir.
Yaponlarla danışıqlarda unutmamaq lazımdır ki, onlar “yox”
sözünü deməkdən qaçırlar. Onlar öz narazılıqları və etirazlarını
təbəssümlə ifadə edirlər. Hətta ikinci çayı istəyib istəməməklə bağlı
yapona verilən suala o “Təşəkkür edirəm, ehtiyac yoxdur” əvəzinə
hərfi tərcümədə “Mən belə də çox rahatam” ifadəsini bildirərək
cavab verirlər.
Yaponlar bütün bacarıqları ilə həmsöhbətlərini dinləməyə
olan maraqlarını nümayiş etdirirlər. Avropalılar isə bu davranışı
çox zaman söylənilən təklifə razılıq əlaməti olaraq şərh edirlər.
Əslində isə hədsiz diqqət, baş ilə razılıq bildirmə və yapon ifadəsi
olan “xay” (“hə”) heç də razılığı bildirmir. Bu sadəcə olaraq
söylənilən məlumatın eşidildiyi və ya anlaşıldığını bildirmək üçün,
eyni zamanda həmsöhbətin fikrini davam edə bilməsi üçün bir işarə
rolunu oynayır. Belə çıxır ki, yaponlar özləri qarşı tərəfə yalnış
siqnallar ötürürlər. Buna əsasən, onların qeyri-dürüst və məkrli
olmasını düşünmək olar. Həqiqətdə isə yaponlar sadəcə ölkələrində
qəbul edilmiş adətlərə uyğun olaraq etik norma və qaydalara əməl
edirlər.
Suallar 4. Mədəniyyətlər arası adaptasiya probleminin mahiyyəti nədən
ibarətdir?
5. Sosial davranışın tənzimlənməsinin mədəni müxtəlifliyi
haqqında məlumat verin.
6. İndividualist mədəniyyət dedikdə nə başa düşürsünüz?
7. Kollektivist mədəniyyət dedikdə nə başa düşürsünüz?