ETNOPSİXOLOGİYA 158
Azərbaycanda toy şənlikləri qədim və zəngin xalq adət-
ənələrinə söykənir. Ölkənin bir sıra rayonlarında əhalinin etnik
tərkibinin müxtəlifliyinə və fərqləndirici xüsusiyyətlərin olmasına
baxmayaraq, toy şənlikləri bir-birinə çox bənzəyir. Elçigetmə,
nişantaxma və toy adətlərinin dərin kökləri vardır.
Oğlan toyu və qız toyunun ayrı-ayrı keçirilməsi kimi adət
mövcuddur. Yəni, toy iki mərhələdə keçirilir. Xüsusilə kənd
yerlərində əvvəllər qız və oğlan toyu birlikdə 3 gün - cümə, şənbə
və bazar günləri davam edərdi. Nikah gecəsi oğlan toyundan sonra
olur və bəy təntənəli surətdə gəlini öz evinə aparır. Nikah
bağlanması isə, birinci toyda (qız toyunda) həyata keçirilir.
Üzəçıxdı. Təzə gəlin qayınatasından yaşınır və onun gözünə
görünmür. Toydan 10-15 gün sonra qayınana süfrə hazırlayır.
Ailənin bütün üzvlərini çağırır. Gəlindən başqa hamı gəlib oturur.
Belə olanda qayınata gəlini səsləyir və özü onu gedib gətirir. Sonra
gəlinə qiymətli bir hədiyyə verib ona, bu ailənin ən əziz üzvü
olduğunu söyləyir. Bundan sonra gəlin heç kimdən yaşınıb
çəkinmir.
Gəlingördü. Toydan 2-3 ay sonra qız evi oğlan evinə xəbər
göndərir ki, "filan gün gəlirik gəlini görməyə". Oğlan evi hazırlıq
görür. Yaxın qonum-qonşudan 3-4-nü dəvət edir. Qızın anası da
yaxın adamlardan götürüb qudasıgilə gəlir. Yeyib-içib şənlənirlər.
Axırda qızın anası gəlinə və bəyə gətirdiyi hədiyyələri verib
qayıdırlar.
Ayaqaçdı. Gəlini gördükdən sonra gəlinin anası qızını və
kürəkənini evinə qonaq çağırır. Buna "ayaqaçdı" deyirlər.
Ayaqaçdıya həm kişilər, həm də qadınlar gəlirlər. Böyük məclis
qurulur. Qızın valideynləri bəyə və gəlinə aldığı hədiyyələri
verirlər. Həmin gün qızı evdə qonaq saxlayırlar. 1-2 gündən sonra
əri gəlib onu aparır. "Ayaqaçdı"dan sonra bəylə gəlin istədikləri
vaxt həmin evə gedib gələ bilərlər.
Qonaqçağırma. "Ayaqaçdı"dan sonra həm oğlan, həm də qız
tərəfdən ən yaxın qohumlar bəylə gəlini qonaq çağırırlar. Bu da bir
növ "ayaqaçdı"ya bənzəyir. Qonaq çağırarkən bəyə və gəlinə