ETNOPSİXOLOGİYA
157
V FƏSİL
MÜXTƏLİF XALQLARIN
ETNOPSİXOLOGİYASI
5.1. Şərq xalqlarının etnopsixoloji xüsusiyyətləri
5.1.1. Qafqaz xalqlarının etnopsixoloji xüsusiyyətləri
Azərbaycan xalqının yaratdığı minillik mədəniyyəti özünün e
stetik zövqü, milli xüsusiyyətilə səciyyələnir. Qədim Azərbaycan ər
azisində xalq formalaşmağa
başlayandan onun incəsənəti, musiqisi,
təsviri sənəti, bədii, elmi təfəkkürü dəmüəyyən şəkil almağa başlad
ı. Ölkənin yerləşdiyi strateji mövqeyə baxmaq yetər ki, onun
mədəniyyəti, məişət xüsusiyyəti haqqında dünyanın
çoxdan bilgili
olduğunu anlayasan. Şərq ilə Qərb arasında qapı rolunu oynayan
qədim Azərbaycan ərazisində xalq adət-ənənələri, mədəniyyət
miladdan daha əvvəl şəkillənmişdir. Misal
üçün Qobustan qayaüstü
rəsmlərinin yaşı əsrlər, qərinələrlə ölçülür. Bu da ona dəlalət edir
ki, bu xalqın musiqi ənənəsi şox qədimdir. Əsrlər bundan qabaq biz
musiqi dinləmiş, rəqs etmişik.
Demək olar ki, sivilizasiyanın
musiqi ilə tanış olmadığı dönəmdə biz mədəniyyətimizlə birgə
vardıq. İnkişafının pik nöqtəsində olan Avropanın intibahdan
xəbəri olmadığı bir vaxtda Azərbaycan xalqı mədəniyyətində bunu
əsrlər öncə yaşamışdı. Qərb bizdən daha sonralar kültürdə
yüksəlişin nə demək olduğunu bilmişdir. Odur ki,
Azərbaycan
incəsənətinin inciləri Londonun Viktoriya və Albert, Parisin Luvr,
Nyu Yorkun Metropoliten, İstanbul muzeylərinin
antikvar əsərləri
hesab olunur.
Söz yox ki, xalqımızın məişət adətləriAzərbaycan mədəniyyə
tinin əsas tərkib hissəsidir.
Əhalinin məişət həyatında bu gün də qorunub saxlanılan bu
mental dəyərlər əhəmiyyətlidir. Onu Azərbaycan kültürünün ayrıca
sahəsi kimi öyrənsək bir neçə istiqamət yaranacaqdır. Vaxtilə
köçəri xalqların əsas oturaq məskəni olduğundan xalq adət-
ənənələrində müxtəliflik mövcudddur.
Həmçinin İslamın dini
adətləri də yerli xalqın mentalitetində bir sıra dəyişikliklər etmişdir.