ETNOPSİXOLOGİYA 240
deyildir və hər bir an o, bu həyatla vidalaşa bilər.İudaizm Şabbat
vasitəsilə yəhudilərin fəaliyyət göstərmələrini onlara təhrik və
təbliğ edir. Şabbat psixoloji təsir vasitəsi kimi insanları daima
çalışmağa və Allah qarşısında həftəlik hesabat verməyə səsləyir.
Şabbat- həftənin şənbə gününə düşdüyü üçün, yəhudilərdə
iş həftəsi bazar günü ilə başlayır. Bütün digər bayramlar ildə bir
dəfə Şabbat isə hər həftə qeyd olunur. Adi günlərdə insan fəaliyyət
göstərməli, özünü və ətraf aləmi dəyişdirməlidir, eləcə də təlabatını
ödəmək üçün hərəkətdə olmalıdır. Şabbatda isə o, hər cür hərəkəti,
fəaliyyətini saxlamalı, adi günlərdə gördüyü işlərlə bağlı öz-özünə
hesabat verməlidir. Şabbat –sadəcə olaraq, fəaliyyətsizlik, istirahət
kimi başa düşülməməlidir.Yəhudi psixologiyasında o uğurlu iş
həftəsinin bayram edilməsi kimi qəbul edilir.Hər bir fəaliyyət
müəyyən nəticə ilə başa çatmalıdır. Belə olmazsa o hər cür
mənasını itirir.Nəticə sərf olunan əməyi, zamanı təsdiq edir. İnsan
nəticəli fəaliyyətdən , başa çatdırılan işdən daha çox razı qalır.
Fəaliyyət məntiqinə görə onun nəticəsi olmalıdır.Psixolji
aspektdən fəaliyyətin nəticəsini həm işin sonunda, həm də fəaliyyət
prosesində, yəni işin gedişində də qiymətləndirmək olar.Şabbat
məhz yəhudinin hər həftə gördüyü işin nəticəsini məqsəd
baxımından qiymətləndirməsinə imkan yaradır. Belə bir imkan hər
şəxsə daha səmərəli fəaliyyət göstərməyə kömək göstərir. Şabbat
həm də insanlar arasında birlik, kollektivçilik hissinin təşəkkül
taparaq inkişaf etməsinə, yəhudiliyə aid olma tələbatının
yaranmasına və möhkəmlənməsinə təsir göstərir.
5.2. QƏRB XALQLARININ ETNOPSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ: 5.2.1. İngilislərin etnopsixoloji xüsusiyyətləri İngilislər ən qədim tarixi olan xalqlardan biridir. Dünyada bir
çox müstəmləkələrə məhz ingilislər sahib olmuşdur. Onlar
zəhmətkeş, tarazılıqlarını saxlayan, dostcanlı, ehtiyatlı və ləyaqətli
insanlardır. Onların idealı müstəqillik, təhsilli olmaq, daxili