2.2. Etnik identikliyə təsir göstərən amillər
Etnik identiklik əsasən sosial amillərlə şərtlənir. Fərdin
monoetnik (təkmillətli) və ya polietnik (çoxmillətli) mühitdə
yaşaması onun etnik identikliyinə təsir göstərir. Etnoslararası
ünsiyyət şəraitinin olması, fərdin daxil olduğu etnosa aid
ETNOPSİXOLOGİYA
56
mədəniyyətə asanlıqla daxil olmasına (inkulturasiya) əlverişli
imkan yaradır. Belə bir şəraitdə olmaq imkanı, xüsusilə həm-
yaşıdlarla ünsiyyət, kommunikativ vərdişlərin formalaşmasına
müsbət təsir göstərir və etnoslararası anlamanı inkişaf etdirir.
Amma, bu heç də o demək deyildir ki, polietnik mühitdə etnik
identiklik yaranmır. Bəzi tədqiqatçılar belə hesab edir ki, etnik
identiklik o halda əhəmiyyət kəsb edir ki, iki və daha çox etnik
qruplar uzun müddət qarşılıqlı əlaqədə olsunlar.
Ümumiyyətlə, polietnik mühitdə etnik identiklik daha dəqiq
dərk olunur, qruplar arasındakı fərqli cəhətlər daha tez
mənimsənilir. Etnik identiklik həm də uşağın yaşadığı cəmiyyətdə
hansı qrupa, yəni çoxluqlar qrupuna yoxsa azlıqlar qrupuna aid
olmasından da asılıdır. Tədqiqatlar göstərir ki, dominant etnosa aid
olanlar özlərinin etnik identiklikləri haqqında heç də çox düşün-
mədikləri halda, etnik azlıqların nümayəndələri bu məsələ ilə bağlı
hökmən fikirləşməli olurlar. Çünki onların bu məsələ ilə bağlı
problemlə üzləşmələri realdır.
Cəmiyyətin sosial strukturunda etnosun əldə etdiyi status,
onun nümayəndələrinin qavranılmasına və etnik identikliyinə təsir
göstərir. Məsələn, ABŞ-da Latın Amerikasından gələn immiqrant-
lar özlərini müxtəlif cür adlarla adlandırırlar: meksikalı ameri-
kalılar, latınlar, ispandillilər və ya çikanoslar. Bu adlarla onlar baş-
qalarında özləri haqqında arzu etdikləri obrazları yaratmağa çalı-
şırlar. Çünki, qeyd olunan adların hər biri özünəməxsus emosional
təsir gücünə malikdir.
Psixoloji tədqiqatlar göstərir ki, etnik azlıqların nüma-
yəndələri, dominant mədəniyyət haqqında daha çox məlumatlı
olurlar. Belə məlumatlılıq bir tərəfdən KİV-lə, birbaşa kontaktla
şərtlənirsə, ikinci tərəfdən bu azlıqların etnik çoxluqların
mədəniyyətinə üstünlük vermələri ilə əlaqədardır.
Etnik identikliyin inkişaf etdirildiyi ABŞ, Böyük Britaniya,
Yeni Zellandiya, Fransa və s. ölkələrdə uşaqlara müxtəlif millət və
irqləri özündə əks etdirən gəlincik və şəkillər arasında ən çox
xoşladıqlarını seçmək təklif olunub. Uşaqların əksəriyyəti özlərinə
|