Microsoft Word etno kitab son srift 12


Etnik identikliyə təsir göstərən amillər



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə54/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   338
ETNOPSIXOLOGIYA

 
2.2. Etnik identikliyə təsir göstərən amillər 
Etnik identiklik əsasən sosial amillərlə şərtlənir. Fərdin 
monoetnik (təkmillətli) və ya polietnik (çoxmillətli) mühitdə 
yaşaması onun etnik identikliyinə təsir göstərir. Etnoslararası 
ünsiyyət şəraitinin olması, fərdin daxil olduğu etnosa aid 


ETNOPSİXOLOGİYA 
56 
mədəniyyətə asanlıqla daxil olmasına (inkulturasiya) əlverişli 
imkan yaradır. Belə bir şəraitdə olmaq imkanı, xüsusilə həm-
yaşıdlarla ünsiyyət, kommunikativ vərdişlərin formalaşmasına 
müsbət təsir göstərir və etnoslararası anlamanı inkişaf etdirir. 
Amma, bu heç də o demək deyildir ki, polietnik mühitdə etnik 
identiklik yaranmır. Bəzi tədqiqatçılar belə hesab edir ki, etnik 
identiklik o halda əhəmiyyət kəsb edir ki, iki və daha çox etnik 
qruplar uzun müddət qarşılıqlı əlaqədə olsunlar.
Ümumiyyətlə, polietnik mühitdə etnik identiklik daha dəqiq 
dərk olunur, qruplar arasındakı fərqli cəhətlər daha tez 
mənimsənilir. Etnik identiklik həm də uşağın yaşadığı cəmiyyətdə 
hansı qrupa, yəni çoxluqlar qrupuna yoxsa azlıqlar qrupuna aid 
olmasından da asılıdır. Tədqiqatlar göstərir ki, dominant etnosa aid 
olanlar özlərinin etnik identiklikləri haqqında heç də çox düşün-
mədikləri halda, etnik azlıqların nümayəndələri bu məsələ ilə bağlı 
hökmən fikirləşməli olurlar. Çünki onların bu məsələ ilə bağlı 
problemlə üzləşmələri realdır. 
Cəmiyyətin sosial strukturunda etnosun əldə etdiyi status
onun nümayəndələrinin qavranılmasına və etnik identikliyinə təsir 
göstərir. Məsələn, ABŞ-da Latın Amerikasından gələn immiqrant-
lar özlərini müxtəlif cür adlarla adlandırırlar: meksikalı ameri-
kalılar, latınlar, ispandillilər və ya çikanoslar. Bu adlarla onlar baş-
qalarında özləri haqqında arzu etdikləri obrazları yaratmağa çalı-
şırlar. Çünki, qeyd olunan adların hər biri özünəməxsus emosional 
təsir gücünə malikdir. 
Psixoloji tədqiqatlar göstərir ki, etnik azlıqların nüma-
yəndələri, dominant mədəniyyət haqqında daha çox məlumatlı 
olurlar. Belə məlumatlılıq bir tərəfdən KİV-lə, birbaşa kontaktla 
şərtlənirsə, ikinci tərəfdən bu azlıqların etnik çoxluqların 
mədəniyyətinə üstünlük vermələri ilə əlaqədardır. 
Etnik identikliyin inkişaf etdirildiyi ABŞ, Böyük Britaniya, 
Yeni Zellandiya, Fransa və s. ölkələrdə uşaqlara müxtəlif millət və 
irqləri özündə əks etdirən gəlincik və şəkillər arasında ən çox 
xoşladıqlarını seçmək təklif olunub. Uşaqların əksəriyyəti özlərinə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin