Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)



Yüklə 10.88 Kb.
tarix02.12.2016
ölçüsü10.88 Kb.


Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)

və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya ABŞ Beynəlxalq İnkişaf Agentliyi, Counterpart İnternational Azərbaycanın dəstəyi ilə Jurnalistlər üçün Məqalə Müsabiqəsi

ELAN EDİR

Jurnalistlər arasında aşağıdakı mövzularda məqalə MÜSABİQƏSİ elan edilmişdir:



1. Azərbaycanda Gender Bərabərliyinə dair vəziyyət haqqında ən yaxşı jurnalist TƏHLİLİ.

2. Azərbaycanda Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması yolları/imkanları haqqında ən yaxşı jurnalist ARAŞDIRMASI.

Hər mövzu üzrə 2 qalib müəyyənləşəcəkdir. Müsabiqədə həm jurnalistlər, həm də KİV-ə çıxışı olan digər mütəxəssislər də iştirak edə bilərlər. Eyni şəxs hər iki mövzu üzrə məqalə təqdim edə bilər.

Qiymətləndirmə bərabər və qərəzsiz olaraq yalnız peşəkar meyarlar üzrə keçiriləcəkdir. Məqalələr 3 prizmadan - jurnalistika, gender və hüqüq – meyarları üzrə qiymətləndiriləcəkdir.

Müsabiqədə iştirak etmiş şəxsin tanınma dərəcəsi yox, məqalənin keyfiyyəti, mövzuya uyğunluğu və məzmunu əsas götürüləcəkdir. Obyektiv qiymətləndirmə üçün münsiflər heyətinə təqdim olunacaq məqalələr müəllifin adını əks etdirməyəcəkdir. Münsifler heyətinin adları mükafatların təqdimetmə mərasimində açıqlanacaqdır.



MÜSABİQƏNİN MÜDDƏTİ və TEXNİKİ ŞƏRTLƏR

  1. Müsabiqə 31 Yanvar 2013 müddətində davam edəcəkdir. Məhz bu müddət ərzində və bu yazı ilə çap/nəşr edilmiş məqalələr müsabiqə üçün yararlı hesab olunacaqdır.

  2. Dərc olunan məqalələrin əlavəsində - «CEDAW ƏMƏLDƏ» adlı layihənin müsabiqəsi üçün hazırlanmışdır – qeydi olan yazılar müsabiqə üçün qəbul olunacaqdır.

  3. Müsabiqədə iştirak edən şəxslərdən xahiş edilir ki, müsabiqə üçün hazırlanmış materialın mətbuatda çap olunmuş nüsxəsini və elektron variantını şəxsən və ya poçt vasitəsilə RİQC-in ofisinə (Bakı şəhəri, AZ1025, Afiyəddin Cəlilov küç. 26, mən.98) təqdim etsinlər. Bu paketlər 31 Yanvar 2013 saat 18:00-dək qəbul olunacaq.

MÜKAFAT

I yer – 300 manat

II yer – 150 manat

Hər mövzu üzrə 2 qalib müəyyənləşəcəkdir. Müsabiqədə həm jurnalistlər, həm də KİV-ə çıxışı olan digər mütəxəssislər də iştirak edə bilərlər. Eyni şəxs hər iki mövzu üzrə məqalə təqdim edə bilər və qalib müəyyən oluna bilər. Qaliblərin adları 2013-cü ilin fevral ayında keçiriləcək rəsmi mükafatlandırma mərasimində açıqlanacaqdır.



DİQQƏT! Müsabiqədə keyfiyyətsiz iştirak nümunələrinin təqdim edilməsi halında, müsabiqənin bütün nəticələrinin ləğv olunması haqqında hüququ RİQC özündə saxlayır.

Əlaqə məlumatı

Samirə Məmmədova (layihə koordinatoru)



Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)

Bakı, AZ1025, Afiyəddin Cəlilov küç.26, mən. 98

Tel: (+99412) 490 40 44, (+99450) 760 40 44

E-mail: info@ward.azward.azerbaijan@gmail.com


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə