Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə62/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
64 
ümumiləşmiş psixoloji keyfiyyət, etnosun hər bir üzvünün davranış 
və rəftarında, münasibətlər sistemində bu və ya digər dərəcədə 
təcəssüm edən psixi xüsusiyyət başa düşülür”. Milli, etnik xarakter 
xalqın sosial tarixi və təbii mühiti ilə bağlı olaraq təzahür edən 
dinamik psixoloji xüsusiyyətdir. Milli xarakter sosial şəraitin 
dəyişilməsi ilə əlaqədar olaraq dəyişikliklərə məruz qala bilər. Bu 
tarixi təcrübə ilə də təsdiqlənir. Amma, dəyişikliyin məzmun və 
istiqaməti müəyyən qədər millətin özünün öz taleyinə olan 
münasibətdən, o cümlədən öz xarakter əlamətlərindən asılıdır.Yəni 
sosializasiya institutları xalqda, millətdə hansı keyfiyyətləri 
formalaşdırmaq istəyir? Xalqı, milləti necə görmək istəyirlər? Çin 
filosofu Konfutsinin belə bir fikri var: “Xalq ot, hakimiyyət isə 
küləkdir. Xalqı hansı tərəfə istəsə, o tərəf də istiqamətləndirə bilər”. 
Etnik xarakter, milli xarakter, psixi sima, mentalitet anlayışları 
dilimizdə daha çox sinonim sözlər kimi işlədilir. Bu cəhət həmin 
anlayışların xalqa, millətə məxsus olan sabit psixi xüsusiyyətləri, 
nisbətən dəyişməz keyfiyyətləri ifadə etməsilə bağlıdır. Xüsusilə, 
güzəran psixologiyası səviyyəsində daha da yaxınlaşdırılır və çox 
zaman məhz sinonim kimi də işlədilir.
Alman filosofu İ.Kanta görə insan iki aləmə mənsubdur. 
Təbiətə mənsubluq baxımından “təbiət insanı dəyişir”, mənəviyyat 
cəhətdən azadlığına görə isə “insan özü-özünü dəyişir”.
Qənaətcillik və səliqəli olmaq almanların milli xarakteridir. 
Amerikalıların bir-birinə sadəcə olaraq adları ilə müraciət etməsi 
heç də yaxınlıq əlaməti hesab olunmur. Halbuki, bir çox ölkələrdə 
belə müraciət həmin şəxslər arasında müəyyən yaxınlığın olmasını 
bildirir. 
Milli xarakter millətin musiqi melodiyalarında, rəqslərində də 
öz əksini tapır. Bu cür müxtəliflik xalqların xarakteri, həyat tərzi, 
məşğuliyyət növü, sosial və təbii mühitə olan fərqli münasibətindən 
irəli gəlir. Milli azərbaycan rəqslərində kollektivizim, ispan 
rəqslərində isə individualizm elementləri diqqəti cəlb edir. Ərəb 
rəqslərində erotik hərəkətlər üstünlük təşkil etdiyi halda, 
azərbaycan rəqslərində əksinə geyimdən tutmuş, musiqi ritmlərinə 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin