Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə61/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
63 
emosional cəhətdən müəyyən tona malik olan sosial təsəvvürdür. 
Mentalitet sosial qrup üzvlərinin sosial dünya haqqında sosial 
təsəvvürüdür. Biz hesab edirik ki, polietnik ölkə vətəndaşlarının 
hamısı üçün səciyyəvi olan psixoloji xüsusiyyətlərini mentalitet 
anlayışı ilə, monoetnik ölkə vətəndaşlarının xüsusiyyətlərini isə 
milli xarakter anlayışı ilə ifadə etmək olar. Məsələn, ABŞ polietnik 
ölkə olduğu üçün amerikan mentaliteti, Ermənistan isə daha çox 
monoetnik ölkə olduğu üçün erməni milli xarakteri işlətmək daha 
düzgün olar. Ümumiyyətlə, bizim fikrimizə görə milli xarakter 
anlayışı müasir dövrdə uğurlu istilah deyildir və ölkə, dövlət 
ərazisində onun işlədilməsi diskonyuktiv hisslərin oyanmasına, 
etnik dirçəlişə rəvac verir. Milli xarakter və yaxud etnik identifi-
kasiyanın güclənməsi fərdin sosial mühitə adaptasiya qabiliyyətini 
zəiflədir. Bu da onun inkişafına mənfi təsir göstəırir (J.Piaje).
Etnopsixologiyanın ilk yaradıcıları müxtəlif anlayış və 
terminalogiyalardan istifadə etsələr də əslində onlar xalqların 
mentalitetini öyrənirdilər.
Azərbaycan psixoloqu Ə.Bayramov milli xarakteri insanın 
makromühiti ilə əlaqələndirir və milli psixologiya, sosial 
münasibətlər, iqtisadi birlik, məkan vahidliyi, dil birliyi, dini inam 
və əqidə yaxınlığı, təbiətə münasibət, tarixi birlik forması kimi 
xalqda müəyyən dövr ərzində formalaşmış milli əxlaqi ənənə 
keyfiyyəti almış cəhətlər, həyata, insana, vətənə, yaxın adamlara, 
qohum-əqrabaya münasibətdəki eyniyyət milli xarakterin əsas 
təyinedici amillərini təşkil ediyini qeyd edir. Daha sonra göstərir ki, 
həmin amillərin təsiri ilə etnik və milli ümumilik əsasında 
adamlarda elə psixoloji xüsusiyyətlər formalaşır ki, onlar etnik və 
milli xarakterin nüvəsini təşkil edir. O, belə hesab edir ki, qrup, 
etnos və xalq üçün ümumi olan cəhətlərin olması milli xarakterin 
mövcudluğu ilə bağlıdır. Milli xarakter heç də fərdi xarakterlərin 
məcmusu kimi götrülə bilməz. Milli xarakter milli psixologiyanın 
ən əsas struktur komponenti, etnik simanı müəyyən edən başlıca 
əlamətdir. Prof.Ə.S.Bayramov etnik xarakterə belə tərif vermişdir: 
“Etnik xarakter dedikdə ayrıca bir fərddən asılı olmayan, 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin