Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə58/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
60 
mövcuddur və biri-birindən xətti surətdə asılı deyildir. 
İkinci qrup tədqiqatçılar belə hesab edirlər ki, fərd eyni za-
manda bir neçə etnik birliklə özünü müxtəlif dərəcədə iden-
tifikasiya edə bilər. Bu model etnik identikliyin iki ölçülü modeli 
adlandırılar. Bu model özündə müstəqil olaraq dörd cür etnik 
identiklik dərəcəsini göstərir.
A- öz etnik qrupu ilə monoetnik identiklik 
B- bietnik identiklik 
C- yad qrupla monoetnik identiklik
D- marginal etnik identiklik
İnsanların çoxu üçün monoetnik identiklik xarakterikdir. 
Normal sosial-tarixi şəraitdə pozitiv etnik identiklik vətənpər-
vərliklə müşahidə olunur. Elə hallar da olur ki, pozitiv etnik 
identiklik başqa formada, hiperidentik səviyyədə təzahür edir. Yad 
qrupla monoetnik identiklik o halda əmələ gəlir ki, başqa etnik 
qrup sosial, iqtisadi və siyasi cəhətdən doğma qrupdan daha yüksək 
statusa malik olsun. 
Bietnik identiklik insanın bikultural səriştəliyinin əlaməti 
olub, hər iki qrupa özünə aid etməsi deməkdir. Bura aid olan 
insanlarda qrupdaxili favoritizm zəif olur.
Marginal identiklik insanın özünü hər iki mədəniyyətə aid 
etməsi, lakin heç birinin davranış normalarına əməl etməməsi kimi 
başa düşülür. Marginal identiklik əsasən “metis”, yəni iki müxtəlif 
etnosun nigahından törəyənlərdə rast gəlinir. 
 
2.3. Milli xarakter anlayışı 
Bu anlayışlardan ilk vaxtlar ədəbiyyatda səyyahlar gəzdikləri 
ölkələrdə yaşayan xalqların həyat tərzini ifadə etmək üçün istifadə 
edirdilər. Bəzi müəlliflər milli xarakter anlayışına xalqın 
temperamentini, bəziləri şəxsiyyətə məxsus olan keyfiyyətləri, 
digərləri isə sərvət dəyərlərini, xalqın hakimiyyətə, əməyə olan 
münasibətini aid edirdilər. 
Ümumiyyətlə, milli xarakterin olub olmaması haqqında 
fikirlər çox ziddiyyətlidir. Bəzi tədqiqatçılar, ümumiyyətlə milli 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin