ETNOPSİXOLOGİYA 71
canlılarda xoşbəxtlik daha çox taleyin qisməti kimi qavranılır və
insandan asılı olmayan anlayış kimi izah olunur. Yapon təfəkkü-
ründə insanın xoşbəxt olması onunun özünün iradəsindən yəni,
başqaları ilə uyğunlaşa bilməkdə, onların fikir və qiymətlərini
nəzərə almaqda azərbaycanlı təfəkküründə isə xoşbəxtlik onun
iradəsindən kənardadır yəni, özgəsindən, daha dəqiq ifadə etsək
alın yazısından asılıdır.
Beləliklə, etnik və ya milli xarakter dinamik xüsusiyyət kimi
təbii və sosial mühitin, eləcə də dilin təsiri altında formalaşır.
Xüsusilə, dildə olan söz və anlayışların necə başa düşülməsi, şərh
və izah olunması əsas məsələdir. Etnik və ya milli fərqlərdə məhz
bu məsələdə olan fərqlərdən irəli gəlir.
Milli xarakter millətin tarix boyu formalaşan davamlı
psixoloji xüsusiyyətlərin birliyi olub, insanların tipik həyat və adəti
davranış tərzini müəyyən edən, eləcə də onların əməyə, başqa
xalqlara, millətlərə, öz mədəniyyətinə münasibətində ifadə olunan
psixoloji xüsusiyyətdir. Mili xarakterdə şüur, ideologiya, mənəvi
mədəniyyət və ictimai psixika birləşir. Ətraf aləmə münasibət
inlanların milli şüurunun istiqamətini səciyyələndirir.
Milli xarakter heç də sabit psixoloji xüsusiyyətlərin məcmusu
deyil. Milli xarakter də həyat şəraitinin, siyasi, iqtisadi və sosial
vəziyyətdən asılı olaraq, eləcə də ideoloji təsirdən asılı olaraq
dəyişir.
Milli xarakter əməyə, başqa xalqlara, özünə və ətraf aləmə
bəslənən münasibətdə özünü təzahür etdirir. Məsələn, 2013-cü ildə
Fransada eynicinslilərin nigahı haqqında dövlət qanun qəbul
edildikdən sonra nigaha girən 18-20 yaşlı iki “oğlanın”
valideynlərinin bu hadisəni çox böyük sevinclə qarşılaması və öz
oğlanları ilə fəxr etməsini “Evronyus” kanalı ilə bütün dünyaya
elan etməsi mədəniyyət və ya milli xarakter məsələsidir.
Xarakter o cümlədən etnik və ya milli xarakter –fərdin və ya
qrupun sosial və ya təbii mühitə adaptasiya olunmasının ən əlverişli
üslubudur.