ETNOPSİXOLOGİYA
72
2.4. Etnik-milli hisslər
İnsan ətraf aləmdə baş verən hadisələri sadəcə olaraq
qavramaqla, yadda saxlamaqla kifayətlənmir. O eyni zamanda
həmin cisim və hadisələrə, insanların davranış və hərəkətinə,
fikir
və istəyinə müəyyən münasibət göstərir və müəyyən hisslər
keçirirlər. Hiss və emosiya da real dünyanın əks etdirilməsinin bir
formasıdır. Insanın keçirdiyi hiss və emosiyaların müxtəlif və
rəngarəng çalarları var. Xalqa, millətə
məxsus olan makromühit
adekvat milli hisslərin yaranmasına təsir göstərir. Etnik-milli
hisslər ilk növbədə özünüdərketmə ilə bağlıdır. Etnik-milli hisslər
xalqın, artıq formalaşmış millətin həyat fəaliyyətini, tarixi
keçmişini, gələcəyini və bu gününü əks etdirir.deməli,
etnik-milli
hisslər etnopsixologiyanın mühüm tərkib hissəsi olan etnik
özünüdərketmənin məxsusi cəhəti kimi özünü göstərir.çünki etno-
sun, xalqın, millətin formalaşması uzun tarixi inkişafın, xüsusilə
etnosun, xalqın psixologiyasının özünəməxsusluğunu təyin edən
başlıca amil kimi çıxış edir. Elə bu mənada xalqın
və ya millətin
hər bir fərdini müəyyən etnik-milli mühitdə yaşaması və tərbiyə
alması onda özünəməxsus hiss və emosiyaların yaranması üçün
əsas zəmin olur. Etnik-milli hisslər özündərketmə ilə əlaqədar
olduğu üçün onların əmələ gəlməsində millətin özünütəhlil,
özünümüqayisə, özünümüşahidə, özünüqiymətləndirmə
və özünə-
nəzarət kimi psixoloji mexanizmlərdən istifadəsi zəruridir. Əks
təqdirdə nə etnik özünüdərk, nə də müvafiq etnik-milli hisslər
yaranmayacaqdır. Etnik-mili hisslər,
etnik xarakter əbədi və
dəyişməz deyildir. O, dinamik prosesdir xalqın həyat tərzinin,
sosial-iqtisadi şəraitin dəyişilməsilə o da müəyyən dəyişikliyə
məruz qalır. Etnik-milli hisslər əsasən xalqın və millətin ərazi, dil,
iqtisadi
və mənəvi həyat birliyi, dini etiqadı, inamı və qadağalar
sistemi əsasında formalaşır.
Milli hisslər çox mürəkkəb, sosial-psixoloji hal olub,
insanların bilavasitə daxil olduqları qrupun həyatında
baş verən
hadisələrə bəslədiyi emosional reaksiya ilə bağlıdır. Milli hisslərin
formalaşmasına müxtəlif xarici və daxili amillər təsir göstərir. Milli