Microsoft Word etno kitab son srift 12



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə67/338
tarix25.09.2022
ölçüsü1,89 Mb.
#64101
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   338
ETNOPSIXOLOGIYA

ETNOPSİXOLOGİYA 
69 
dəstinin olması fikrimizi sübut edir. Azərbaycanlı adətinə görə 
qonağın el-obada toxunulmamazlıq statusu olur və hamının onu 
gözləməsi vacibdir. Hətta qonaq gedəcəyi evin adını deməsi bəs 
edir ki, o, elə yolda ikən müəyyən imtiyaz əldə etmiş olsun. Termin 
kimi işlədilməsinə baxmayaraq “xalq” “millət”, “milliyyət”, 
“mentalitet” sözləri heç də hamı tərəfindən eyni mənada işlədilmir. 
“Xalq” sözü ilə adətən latıncadan populus, fransızcadan peuple, 
almancadan Volk, ingiliscədən people sözlərini tərcümə etdikləri 
halda, millət latın sözü (natio) olmaqla alman, fransız,ingilis 
dillərində tamamilə eyni cür (nation) yazılır. Almanca “xalq” 
(volk) sözü ilə adətən bir dövlətin vətəndaşlarının toplumu 
bildirilir, belə ki, alman xalqı ifadəsi Almaniya dövlətinin vətəndaşı 
olan hər bir kəsi, yəni almanları, türkləri, polyakları əhatə edir
lakin İsveçrə, yaxud da Avstriya almanlarına aid edilmir. “Millət” 
termini ilə isə adətən bir dövlətdə birləşməsə də dil, mədəniyyət, 
tarix, yaxud da heç olmazsa, milli şüur birliyi ilə bağlanan insan 
toplumu bildirilir. Beləliklə, “türk milləti” dedikdə Türkiyə
Almaniya, Rusiya və okeanın o tayında Amerikanın vətəndaşı olan 
və özünü türk hesab edən bütün türklər nəzərdə tutlur.
“Xalq” sözü dövlət hüququna aid olduğu halda “millət” sözü 
daha çox etnoqrafik termindir. “Milliyyət” bu söz işlətmə 
baxımından “millət” sözündən törəmə termindir və hər hansı ayrıca 
bir şəxsin, yaxud bütöv bir millətin psixoloji mənsubluğunu 
bildirir. Fransız və ingilis dillərində “xalq” “millət” terminləri 
adətən əks mənalarda işlədilir. “Fransız milləti” ifadəsi Fransada 
yaşayan bütün vətəndaşların toplumunu bildirir. Fransızca 
“millətlər” arasında müqavilə, saziş və müharibələrdən danışılır, 
alman dilində isə bu cür hallarda “xalqlar” haqqında danışmağa 
üstünlük verirlər. 
Məşhur arxeoloq və xəzərlərin tarixinin görkəmli araşdırıcısı 
M.İ.Artamonovun fikrinə görə, “sinif kimi etnos da sosial təşkilat 
deyil, hal, vəziyyətdir. Bu zaman insanın mədəni səviyyəsi nə 
qədər yüksək olarsa, onun təbiətdən asılılığı da bir o qədər az olar. 
Bu, hamıya məlum həqiqətdir”.  



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   338




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin