Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə57/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   54   55   56   57   58   59   60   61   62
6 Biologiya-kurikulum

Milli kurikulum- ölkə miqyasında təhsilin hər bir 
pilləsindəki fəaliyyətlərin həyata keçirilməsinə imkan yaradan və 
onları istiqamətləndirən konseptual sənəddir.
Fənn kurikulumu- fənn üzrə fəaliyyətləri istiqamətləndirən 
konseptual sənəddir. 
Pedaqoji innovasiya- təhsil müəssisələrində, pedaqoji 
nəzəriyyələrdə, müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-
tərbiyənin məzmununda, forma, üsul və vasitələrində, idarəetmədə, 
məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə baş verən 
yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi 
qaydada davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji 
hadisəsinə cevrilir.


69 
Nəticəyönümlülük- yeni kurrikulumların hazırlanmasında 
nəzərə alınmış əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə 
görə müəyyən olunmuş bacarıqlardan ibarət zəruri məzmun 
nəticələr formasında verilir. 
Taksonomiya-yanan 
sözdür 
(taxus-qayda 
ilə 
yerləşmə+qanun deməkdir), təlim məqsədlərinin şəbəkəli və ya 
sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə botanika və 
zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin 
qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə 
psixologiyada istifadə olunmağa başlanmışdır.
Şəxsiyyətyönümlülük – Milli Kurrikulumun hazırlanması 
zamanı nəzərə alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə 
görə, kurrikulumların tərkibində olan təlim standartları, 
strategiyaları 
və 
qiymətləndirmə 
mexanizmləri 
şagird 
şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında 
yaranan keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu 
keyfiyyətlər kompetensiyalar (səriştələr, qabiliyyətlər), dəyərlər və 
ya mədəniyyətlər terminləri ilə ifadə edilir. Şəxsiyyətyönümlü 
təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil, 
milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun 
səviyyənin 
(kompetensiya, 
keyfiyyət 
və 
ya 
mədəniyyət 
göstəricilərinə uyğun səviyyənin) əldə edilməsidir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin