Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə56/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   52   53   54   55   56   57   58   59   ...   62
6 Biologiya-kurikulum

 
TEZAURUS 
Təlimin məzmunu- şəxsiyyətin formalaşmasına yönəlmiş 
bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim 
standartlarının) məcmusudur.
Təlim nəticəsi- müəyyən bir mərhələdə mənimsənilməsi 
nəzərdə 
tutlan 
və 
əvvəlcədən müəyyənləşdirilmiş təlim 
nailiyyətlərinin konkret bir səviyyəsidir. 
Məzmun xətti- fənn üzrə ümumi təlim nəticələrinin 
reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmununun 
zəruri hissəsidir.
Məzmun standartı- dövlətin təhsil alanların bilik və bacarıq 
səviyyəsinə qoyulmuş dövlət tələbdir.
Qiymətləndirmə 
standartı-təhsil 
alanların 
nailiyyət 
səviyyəsinə qoyulan dövlət tələbidir.
Təlim strategiyası- təhsil prosesində istifadə olunan forma, 
metod, üsul və vasitələrin məcmusudur.
Kurikulum- təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi 
ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. 
Dərslik-dövlət təhsil standartları əsasında hazırlanmış 
kurrikulumlara uyğun olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və 
yaradıcılıq vərdişlərinin aşılanmasına, demakratik dünyagörüşünün 
formalaşmasına imkan yaradan, onları düşünməyə sövq edən, 
məntiqi təfəkürü inkişaf etdirən, tətbiqi xarakter daşıyan, inteqrativ 
xüsusiyyətə malik əsas dərs vəsaitidir.
İnteqrasiya-müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin 
təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaş-
dırmaq, onları inkişaf və özünüinkişafa istiqamətləndirmək 
məqsədilə təlimin bütün məzmun komponentləri arasında struktur 
əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik 
prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi olmaqla 
onun iki növündən istifadə edilir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin