Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə2/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   2   3   4   5   6   7   8   9   ...   62
6 Biologiya-kurikulum

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
Təhsil proqramının (kurikulumun) internet üçün hazırlanmasına 
məsul olanlar: 
 
 
 
Akif Əliyev, ARTPİ-nin Ümumi orta və tam orta 
təhsilin kurikulumu şöbəsinin müdiri, pedaqogika 
üzrə fəlsəfə doktoru 
 
Əlişah Gərayev, ARTPİ-nin Təbiət- riyaziyyat 
fənlərinin təlimi bölməsinin müdiri, pedaqogika 
üzrə fəlsəfə doktoru, dosent 
 
Könül Mahmudova, ARTPİ-nin Ümumi orta və 
tam orta təhsilin kurikulumu şöbəsinin böyük 
elmi işçisi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
MÜNDƏRİCAT 
Giriş 
I. Biologiya təliminin məzmunu 
1.1. Ümumi təlim nəticələri 
1.2. Məzmun xətləri 
1.3. Məzmun xətləri üzrə təlim nəticələri 
1.4. Fəaliyyət xətləri 
1.5. Məzmun standartları 
VI Sinif 
VII Sinif 
VIII Sinif 
IX Sinif
X sinif
XI sinif 
1.6. Fəndaxili və fənlərarasi inteqrasiya 
II. Təlim strategiyaları 
2.1. Biologiya təliminin təşkilinə verilən əsas tələblər 
2.2. Biologiya təliminin təşkilində istifadə olunan forma və üsullar barədə
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılması 
2.4. Biologiya fənninin məzmun standartlarının şərhi 
III. Şagird nailiyyətlərinin qiymətləndirilməsi 
Tezaurus 
Resurslar 
İstifadə olunmuş ədəbiyyat
 
 
 
 
 
 
 
 



 
 
 
 
 
 
 
 
 
 
 
Giriş 
Biologiya fənni üzrə təhsil proqramı (kurikulumu) və onun xarakterik 
cəhətləri. Ölkənin ümumi inkişafının təmin olunmasına xidmət edən
biologiya 
fənn üzrə təhsil proqramı (kurikulumu) təhsil islahatının yerinə yetirilməsi 
istiqamətində görülmüş işlərdən biri kimi meydana çıxmışdır. Özündə dünyanın 
mütərəqqi ölkələrinin təhsil təcrübələrini ümumiləşdirən bu sənəd bilavasitə 
şagirdlərin bir şəxsiyyət kimi formalaşmasına istiqamətlənməklə özünün humanist, 
demokratik, innovativ və inteqrativ xarakterinə görə fərqlənir. Məzmun 
standartlarının, təlim strategiyalarının, qiymətləndirməyə dair məzmun, vasitə və 
mexanizmlərin verilməsi biologiya fənn kurikulumunun həm də kompleks bir 
sənəd olduğunu göstərir.
Biologiyadan yeni məzmunun nəticələr (məzmun standartları) formasında 
verilməsi yeni təhsil proqramının (kurikulumun) demokratik xarakterindən irəli 
gəlir. Müəllimlərə nəticələrin bir standart tələb kimi verilməsi onlara fəaliyyətində 
sərbəst olmağa, müvafiq təlim strategiyaları seçməyə, yaxud öz imkan və 
şəraitlərinə uyğun təlim strategiyaları hazırlamaqla yanaşı, müasir dərsliklərin, 
digər resursların hazırlanmasını istiqamətləndirir. 
Biologiya fənni üzrə yeni məzmunda insan, onun sağlamlığı, insanın sosial 
mahiyyəti, insan və təbiətin qarşılıqlı münasibətləri, insanın psixoloji 
xüsusiyyətlərinə aid həyati əhəmiyyəti olan ən zəruri bilik və bacarıqlar əhatə 
olunur.
Bu təhsil proqramında (kurikulumda) canlıların hüceyrədən biosferədək 
təşkili səviyyələri, canlılar aləminin kimyəvi və bioloji təkamülü, irsi 
dəyişikliklərin qanunauyğunluqları, ekoloji problemlər, onun dərkedilməsi və həlli 
yolları sadədən mürəkkəbə doğru istər mərhələlər, istərsə də siniflər üzrə şaquli və 
üfiqi inteqrasiya nəzərə alınmaqla təqdim edilir. Şagirdin tədqiqatçılıq bacarıqları, 
inkişaf etdirilir. Onun məlumatları ümumiləşdirmək, eksperimentlər aparmaq, 
məruzə, referat, təqdimatlar hazırlamaq, bitkiləri becərmək, heyvanları bəsləmək 
və insan sağlamlığını qorumaq bacarıqları formalaşır. 
Biologiya fənn üzrə təhsil proqramında (kurikulumda) şagirdlərin məntiqi 
təfəkkürünün, fənlə bağlı həyati bacarıqlarının inkişaf etdirilməsi, inteqrativlik, 
sadədən mürəkkəbə doğru inkişaf, məzmun və fəaliyyətin qarşılıqlı əlaqəsinin 
təşkili, fənnin tədrisində yeni texnologiyaların tətbiqinin təmin edilməsi məsələləri 
nəzərdə tutulur.




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin