Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə6/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   2   3   4   5   6   7   8   9   ...   62
6 Biologiya-kurikulum

İnsan və onun sağlamlığı 
İnsan və onun sağlamlığı məzmun xətti üzrə şagirdlər insanın psixi 
xüsusiyyətləri, sosial mahiyyəti ilə tanış olur, insan orqanizmindəki bəzi pataloji 
halları, onları doğuran səbəblərı və aradan qaldırılma yollarını, sağlamlığın 
şərtlərinə əməl etmək, xəstəliklər, zədələnmələr zamanı özünə və ətrafındakılara 
ilk yardım göstərmək bacarığına yiyələnmiş olurlar.
 
Canlılar və ətraf mühit 
Canlılar və ətraf mühit məzmun xətti üzrə şagirdlər canlıların bir-biri ilə və 
cansız aləmlə qarşılıqlı münasibətlərini müəyyənləşdirir, təbiətlə təmasda olmaq və 
ondan istifadə mədəniyyətinə, ekoloji amillər və bu amillərin qarşılıqlı əlaqələri 
haqqında biliklərə yiyələnirlər. Əldə olunmuş bilik və bacarıqlar qlobal və regional 
ekoloji problemləri doğuran səbəbləri araşdırmaqla yanaşı, canlılar aləmindən 
davamlı inkişaf naminə istifadəyə imkan yaradır.
Şagirdlər Azərbaycanın flora və faunasına daxil olan canlıları tanıyır, təbiətin 
qorunmasında bilavasitə iştirak edirlər.
 
1.3. Məzmun xətləri üzrə təlim nəticələri 
 
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. Canlıların quruluşu və müxtəlifliyi 
Şagird: 




canlıların quruluşu, müxtəlifliyi, vahidliyi, əhəmiyyəti və təşkili 
səviyyələrini şərh edir; 

canlıların kimyəvi tərkibi barədə təcrübi biliklər nümayiş etdirir. 
2. Bioloji proseslər 
Şagird: 

canlılara xas olan bioloji proses və xüsusiyyətləri, onlarda gedən funksional 
dəyişiklikləri izah edir;

canlılarda baş verən həyati proseslərin fiziki və kimyəvi mahiyyətini 
təcrübələr və hesablamalar yolu ilə müəyyənləşdirir. 
 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin