Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə7/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   2   3   4   5   6   7   8   9   10   ...   62
6 Biologiya-kurikulum

3. İnsan və onun sağlamlığı 
Şagird: 

insanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir; 

sağlam həyat tərzini nümunələrlə şərh edir, təqdimatlar hazırlayır;

xəstəliklər və zədələnmələr zamanı özünə və başqalarına ilk yardım 
göstərir. 
 
4. Canlılar və ətraf mühit 
Şagird: 

canlıların bir-birilə və ətraf aləmlə qarşılıqlı əlaqəsini izah edir, təqdimatlar 
hazırlayır;

regional ekoloji problemlər, canlılar aləminin müxtəlifliyinin qorunması ilə 
bağlı faktlar toplayır, təqdimatlar hazırlayır. 
 
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1. Canlıların quruluşu və müxtəlifliyi 
Şagird: 

bioloji varlıqların quruluşu, müxtəlifliyi və xüsusiyyətlərinə dair tədqiqatlar 
aparır və nəticələrini təqdim edir; 

canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair 
müşahidələr aparır, nəticələri barədə təqdimatlar hazırlayır.
 
2. Bioloji proseslər 
Şagird: 

üzvi aləmin inkişafı və təkamülü ilə bağlı prosesləri şərh edir, materiallar 
toplayır, təqdimatlar edir; 

bioloji proses və onlarda baş verən dəyişikliklərin mexanizmini açıqlayır, 
buna dair riyazi hesablamalar aparır, cədvəllər tərtib edir, diaqramlar, 
qrafiklər qurur. 
 
3. İnsan və onun sağlamlığı 
Şagird: 

insanın fərdi və tarixi inkişafını əlaqələndirir; 


10 

insanın psixi xüsusiyyətləri və onlarda baş verən dəyişikliklərin 
mexanizminə dair materiallar toplayır, təqdimatlar edir; 

ailənin formalaşmasında sağlam həyat tərzinin rolunu və əhəmiyyətini izah 
edir, məruzə və təqdimatlar hazırlayır; 

xəstəliklər, onlardan qorunma yolları haqqında materallar toplayır, 
təqdimatlar hazırlayır. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin