Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə8/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   4   5   6   7   8   9   10   11   ...   62
6 Biologiya-kurikulum

 
4. Canlılar və ətraf mühit 
Şagird: 

təkamüldə ekoloji amillərin rolunu izah edir, məruzə və referatlar 
hazırlayır; 

regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar 
hazırlayır. 
 
 
1.4. Fəaliyyət xətləri 
Fəaliyyət xətti məzmun xətlərində əks olunan biliklərin əldə edilməsində 
şagirdə praktik imkan yaradır. Fənnin məzmun standartları bu fəaliyyət xətləri ilə 
əlaqəlilik əsasında tətbiq olunur.
Biologiya fənninin tədrisində altı fəaliyyət xətti əsas götürülür.
1. Problemin həlli. 
2. Müqayisə, təhlil və tədqiq etmə. 
3. Ümumiləşdirmə, təsnifetmə, mühakimə və tətbiq etmə. 
4. Əməkdaşlıq və ünsiyyət. 
5. Təşkil və təqdim etmə. 
6. Eksperiment aparma (nəzəri biliklərin tətbiqi). 
 
1.5. Məzmun standartları 
 
VI sinif
VI sinfin sonunda şagird: 

canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir, canlıların quruluşunu, 
təsnifatını, rol və əhəmiyyətini izah edir; 

biologiyaya dair laboratoriya avadanlıqlarını fərqləndirir; 

bioloji proseslər və onun pozulma hallarını izah edir, sadə hesablamalar aparır; 

canlıların təsnifat sistemində insanın yerini müəyyənləşdirməklə onu digər 
canlılardan fərqləndirir; 

sağlamlığın qorunmasında bitki və heyvanların rolunu izah edir, dərman 
bitkilərinifərqləndirir; 

canlıların təbii mühitlə və bir-birilə əlaqəsini izah edir; 

bitki və heyvanlara qulluq qaydalarına əməl edir. 
Məzmun xətləri üzrə əsas və alt-standartlar 


11 
1.Canlıların quruluşu və müxtəlifliyi 
Şagird: 
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu 
nümayiş etdirir. 
1.1.1. Canlılar aləmini öyrənən elm sahələrini fərqləndirir. 
1.1.2. Canlıların quruluşunu təsvir edir. 
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün lazım olan əsas laboratoriya 
avadanlıqlarını fərqləndirir. 
1.1.4.Canlıların təsnifatının rol və əhəmiyyətini izah edir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin