Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə11/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   7   8   9   10   11   12   13   14   ...   62
6 Biologiya-kurikulum

 
 
 
VIII sinif 
VIII sinfin sonunda şagird: 

insanı öyrənən elm sahələrini, onun orqanizminin təşkil səviyyələrini şərh edir; 

canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır;

canlıların nəsil ağacını tərtib edir; 

insan orqanizmində gedən bioloji prosesləri şərh edir, buna dair riyazi 
hesablamalar aparır; 

canlılara xas psixoloji anlayışları fərqləndirir; 

sağlamlığın qorunması qaydalarını izah edir, xəstəliklər və zədələnmələr 
zamanı ilkin yardım göstərir; 

mühit amillərinin insan orqnizminə təsirini izah edir; 

ətraf aləm və onun təmizliyinin qorunmasına dair təqdimat hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Canlıların quruluşu və müxtəlifliyi 
Şagird: 
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu 
nümayiş etdirir.
1.1.1. İnsanı öyrənən elm sahələrini (anatomiya, fiziologiya, gigiyena, 
psixologiya) şərh edir və kiçik təqdimatlar hazırlayır. 
1.1.2. İnsan orqanizminin təşkil səviyyələrini təsvir edir.
1.1.3. Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah 
edir. 
1.1.4. Canlıların nəsil ağacını tərtib edir. 
2. Bioloji proseslər 
Şagird: 
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. İnsan orqanizmində baş verən bioloji prosesləri izah edir. 
2.1.2. Zərərli vərdişlərin insan orqanizminə mənfi təsirini izah edir. 
2.1.3. İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazi 
hesablamalar aparır, nəticələrini ümumiləşdirir. 
 
3. İnsan və onun sağlamlığı 
Şagird: 
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 
3.1.1. İnsanın formalaşmasında əməyin rolunu izah edir. 
3.1.2. İnstinkt, düşüncəli fəaliyyət və təfəkkürü fərqləndirir. 
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir. 
3.2.1. Sağlamlığın qorunması qaydalarını izah edir. 


14 
3.2.2. Xəstəliklər, zədələnmələr zamanı ilkin yardım göstərir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin